Azərbaycan millisinin baş məşqçisi: Pley-offa vəsiqə qazanmaqla daha bir tarix yazdıq

Azərbaycan millisinin baş məşqçisi: Pley-offa vəsiqə qazanmaqla daha bir tarix yazdıq

4 xalla pley-off mərhələsinə vəsiqə qazanmağımız sevindirici haldır. Düşünürəm ki, daha bir tarix yazdıq.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov yetirmələrinin Avropa çempionatının seçmə mərhələsində çıxışı və turnirin birinci pley-off mərhələsinə vəsiqə qazanmaları barədə danışarkən deyib.

S.Əsgərov son oyunlarda rəqiblərin güclü olduğunu bildirib:

“İsveçrə çox çətin rəqib idi. Bundan öncə evdə Macarıstana məğlub olmuşduq deyə, psixoloji gərginlik vardı. Düzdür, iki futbolçumuzun sarı vərəqəyə görə aldıqları cəza müddətini bitirib bu oyunda meydana çıxması bizi sevindirsə də, əsas futbolçularımızdan ikisinin oynamamasına üzüldük. İsveçrə doğrudan da keyfiyyətli komandadır. Əvvəlki illərdə həmişə Millətlər Liqasının A Liqasında yer alıblar. Həmçinin futbolçuların fərdi keyfiyyəti də yüksəkdir. Bir çox oyunçuları top-ölkələrin qadın liqalarında çıxış edirlər”.

O, güclü təzyiq hiss etdiklərini vurğulayıb:

"Oyun planını pozmamağa, maksimum kompakt oynamağa çalışırdıq. Oyunu əks-hücumlar üzərində qurmuşduq. Təəssüf ki, belə rəqiblər səni səhv buraxmağa məcbur edir. Səhvsiz qol olmur. Matça köklənməyə çalışsaq da, ikinci qolu buraxdıq. Sona doğru rəqibin təzyiqi və tempi artırması komandamızda yorğunluq yaratdı. İsveçrə matçın bitməsinə az qalmış daha bir qol vurub 3:0 hesablı qələbə qazandı”.

Mütəxəssis püşkün onların üzünə güləcəyinə ümid etdiyini bildirib:

“Fürsətdən yararlanıb futbolçularıma təşəkkür edirəm. İl yarım ərzində mübarizə aparıb bu yerlərə gəldilər. Ümid edirəm ki, püşk üzümüzə gülər və xalqımıza daha bir tarixi an yaşadarıq. Oyunlar oktyabrda olacaq, vaxtımız var. Ümidvaram ki, zədəli futbolçularımız sağalar. Pley-off oyunları çempionatların davam etdiyi bir vaxtda keçiriləcək. İnanıram ki, qızlar millinin düşərgəsinə daha yaxşı formada gələrlər”.

Baş məşqçi birinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib:

“Potensial rəqiblərimiz Portuqaliya, Uels, Şimali İrlandiya, Ukrayna, Serbiya və Şotlandiyadır. 12 komanda reytinqinə görə iki hissəyə bölünüb. Düşünürəm ki, bura qədər gəlmişiksə, qarşımıza güclü rəqib çıxacaq. Bizim üçün önəmli olan bu mərhələyə çatmaq idi. Sonrakı məqsəd rəqib bilindikdən sonra onu təhlil edib, üstün və zəif cəhətlərini öyrənmək, hər iki oyuna maksimum köklənmək olacaq”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Türkiyə və Macarıstanla birlikdə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu olsa da, pley-offa vəsiqə qazanıb. Birinci pley-off mərhələsinin püşkü iyulun 19-da atılacaq.

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

İngiltərə Premyer Liqası: “Liverpul” 2 top fərqlə “Brentford”a məğlub olub

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Futbol
"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Frayburq"un aparıcı futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Futbol
Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib  - VİDEO

Rusiya kubokunda oyun zamanı kütləvi dava baş verib - VİDEO

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Futbol
Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub

Moldova millisinin Azərbaycanla oyun üçün ilkin heyəti bəlli olub