AFFA rəsmisi: Təcrübə baxımından meydanda Ronaldudan güclüsü olmayacaq

AFFA rəsmisi: Təcrübə baxımından meydanda Ronaldudan güclüsü olmayacaq

Təcrübə baxımından meydanda Ronaldudan güclüsü olmayacaq.

Bunu "QELEBE.AZ"a açqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə deyib.

Təcrübəli mütəxəssis Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında üz-üzə gələcək cütlüklərin şanslarını dəyərləndirib:

"Fransa - Portuqaliya görüşü AVRO-2024-ün ən maraqlı matçlarından biri olacaq. Düşünürəm ki, Fransa millisi üçün öz oyununu göstərməyin vaxtı çatıb. Əvvəlki qarşılaşmalarda minimalhesablı qələbələr və avtoqollar komandanı xilas etmişdi. Artıq Fransa əsl gücünü göstərməlidir. Portuqaliyanın işi bir qədər çətin olacaq. Əvvəlki mərhələlərdə qarşılaşdığı rəqiblər Fransa səviyyəsində deyildi. Ronaldunun meydana çıxması millinin həm xeyrinə, həm əleyhinə ola bilər. Təcrübə baxımından meydanda Ronaldudan güclüsü olmayacaq. Fiziki cəhətdən götürsək, Ronaldu artıq əvvəlki deyil. İstənilən halda, onun meydana çıxması komanda yoldaşlarına əlavə ruh yüksəkliyi verəcək. Bu görüşdə Fransanı favorit hesab edirəm".

Azərbaycan millisinin sabiq qapıçısı İspaniya - Almaniya görüşü barədə də danışıb:

"Hər iki yığma sürətli oyun nümayiş etdirməyi sevir. İspanların heyətində əksəriyyəti yeni nəsilin nümayəndələridir və bir-birilərini yaxşı başa düşürlər. Bundan başqa, onların fiziki durumu daha yaxşıdır. Almanlarda isə təcrübəli futbolçular çoxluq təşkil edir. Oyunda nəzarəti daha çox əldə saxlaya bilirlər. Qarşılaşmanın favoriti kimi İspaniyanı görürəm. Uzun müddət idi ki, Almaniya millisi sabit oyun nümayiş etdirmirdi. Artıq onlar da öz oyunlarını tapıblar. Bundestim bu matçı öz evində oynadığı üçün azarkeş dəstəyi onların tərəfində oalcaq".

Qeyd edək ki, İspaniya - Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da, Portuqaliya - Fransa qarşılaşması isə 23:00-da start götürəcək.

Futbol
DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

DÇ-2022: Azərbaycan millisinin sabiq baş məşqçisi rekordçular arasında

Futbol
La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

La Liqa: “Villarreal” “Valensiya”nı məğlub edib

Futbol
Türkiyədə 10 klubun 3 xalı silinib

Türkiyədə 10 klubun 3 xalı silinib

Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Almaniyada yaşayan azərbaycanlı: "Frayburq" fanatlarına kompotumuzu içməyi məsləhət görərdim"

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Futbol
"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

"Şamaxı" 90 aydan sonra çempionatda məhsuldarlıq nümayiş etdirib

Futbol
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib

Futbol
2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb