“Şimal”ın prezidenti: UEFA Regionlar Kubokunda uğurlu nəticəyə imza atmağa çalışacağıq

“Şimal”ın prezidenti: UEFA Regionlar Kubokunda uğurlu nəticəyə imza atmağa çalışacağıq

Bura 18 nəfərlik heyətlə gəlmişik, maksimum şəkildə uğurlu nəticəyə imza atmağa çalışacağıq.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edən “Şimal” klubunun prezidenti Qılman ibrahimov bu gün keçirəcəkləri ilk matçdan öncə deyib.

Klub rəsmisi heyətlə bağlı problemlərə baxmayaraq, AFFA Region Liqasının çempionu kimi qatıldıqları yarışda uğurlu çıxış etmək istədiklərini bildirib:

“Bir neçə saatdan sonra meydana çıxacağıq. Yarışa Region Liqasının qalibi kimi qatılmışıq. Diqqətimizi əsasən növbəti mövsümdən çıxış edəcəyimiz Azərbaycan II Liqasına yönəltmişik. Rəqibimizlə bağlı kifayət qədər informasiyamız yoxdur. Çünki həvəskar futbol media tərəfindən işıqlandırılmır. Meydana çıxıb, qələbə qazanmağa çalışacağıq. Baxmayaraq ki, böyük problemlərimiz var. Çempion heyətin 7 əsas üzvü bu yarışda olmayacaq. UEFA-nın qaydalarına görə həvəskar futbolda iştirak edən oyunçuların heç bir peşəkar klubla müqaviləsi olmamalıdır. Bizim futbolçuların da vaxtilə klublarla peşəkar müqaviləsi olub. Bu səbəbdən UEFA onların yarışda iştirakına icazə vermir”.

Qeyd edək ki, UEFA Regionlar Kubokunda B qrupunda mübarizə aparan “Şimal” klubu ilk matçını Kutaisi Futbol Akademiyasının meydanında yerli “Football School Bridge”yə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komanda qrupda ikinci matçını iyulun 1-də, Bakı vaxtı ilə saat 19:00-da İsveçin “Qothenburq” kollektivinə qarşı keçirəcək.

Futbol
Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Futbol
Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur

Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a qalib gəlib

Futbol
İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib

Futbol
İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

İngiltərə klubu "Real Madrid"in müdafiəçisini transfer etmək istəyir

Futbol
Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Coy Lens Mikels: "Sabah"a keçdikdən 2 həftə sonra müqaviləni pozmaq istəyirdim"

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

Futbol
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar