AVRO-2024: Çexiya millisi Türkiyə ilə oyunda azlıqda qalıb - YENİLƏNİB - 2
Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda Türkiyə ilə matçında azlıqda qalıb.
"QELEBE.AZ"un məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.
Almaniyada təşkil olunan Avropa çempionatının F qrupundakı Gürcüstan - Portuqaliya oyununda hesab açılıb.
"QELEBE.AZ"un məlumatına görə, 2-ci dəqiqədə gürcüstanlı Xviça Kvaratsxeliya fərqlənib.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarına start verilib.
"QELEBE.AZ" xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.
Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.
Hər iki qarşılşama 23:00-da başlayıb.

https://qelebe.az//uploads/photo/avro-2024-chexiya-millisi-turkiye-ile-oyunda-azliqda-qalib-yenilenib-2.webp











