Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasiminin vaxtı açıqlanıb
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Tədbir iyulun 16-da AFFA-nın inzibati binasında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 2-də start götürəcək.

https://qelebe.az//uploads/photo/azerbaycan-premyer-liqasinda-yeni-movsumun-pushkatma-merasiminin-vaxti-achiqlanib.webp











