Şahin Diniyev: Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür

Şahin Diniyev: Portuqaliya yığması Türkiyə millisindən bir az üstündür

Düşünürəm ki, Portuqaliya yığması keyfiyyət baxımından Türkiyə millisindən bir az üstündür.

Bunu "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda bu gün keçiriləcək matçla bağlı danışarkən deyib.

57 yaşlı mütəxəssis hər iki yığmanın sərgilədiyi oyun və keyfiyyət baxımından orta səviyyəli komanda olduğunu söyləyib: "Onların göstərdiyi oyun Fransa, Almaniya və İspaniya ilə müqayisə oluna bilməz. Hətta Avstriya yığmasından da aşağı səviyyədədir. Amma nəzərə almaq lazımdır ki, AVRO-2024-də bir qarşılaşma keçiriblər. Hər kollektiv ilk görüşlərdə ehtiyatlı davranır. İkinci oyunlarda daha sürətli və keyfiyyətli oynamağa çalışırlar. Çünki birinci matçı uduzmamaq onlar üçün çox vacibdir. Buna görə Türkiyə və Portuqaliya yığmaları ilk görüşlərdə ehtiyatlı oldular".

Ş.Diniyev Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu haqqında da danışıb: "O, komandanın lideridir. Ancaq hazırda çox da təhlükəli deyil. Yığmanın orta xətti isə yetəri qədər güclüdür. Türkiyə seçməsi haqqında mənfi və ya müsbət nəsə demək çətindir. Gürcüstanla matçda müdafiədə çoxlu boşluqlar göründü. Hücumda da dişsizlik var. Sırf forvardla oynamırlar. Bu gün Türkiyənin və Portuqaliyanın nəyə qadir olduğunu görəcəyik".

Qeyd edək ki, Türkiyə - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Futbol
“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

“Real” klubu Fransa Futbol Federasiyasından üzrxahlıq tələb edib

Futbol
Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Canni De Byazi: "Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq vacib idi"

Futbol
"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Futbol
KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

Futbol
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

Futbol
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Futbol
“Milan” yeni qapıçı ilə anlaşıb

“Milan” yeni qapıçı ilə anlaşıb

Futbol
Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub

Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub

Futbol
Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Mahir Məmmədov: "De Byazinin millidən getməsinin əleyhinəyəm"

Futbol
"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib