Azərbaycan millisinin məşqçisi: Reytinq turnirində əsas məqsəd güləşçilərin son durumunu öyrənmək idi
Bu yarışda əsas məqsəd idmançıların son durumunu öyrənmək idi.
Bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşi millisinin məşqçisi Həsən Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turniri barədə danışarkən deyib.
Mütəxəssis 3 qızıl medal qazandıqları turnirin onlar üçün yaxşı keçdiyini bildirib: "Artıq olimpiadaya qısa müddət qalıb. Qeyri-olimpiya çəkilərindəki güləşçiləri də yoxlamalıydıq. Qarşıda dünya çempionatı olacaq. Onlar uzun müddət güləşmirdilər. Hazırda bizi yalnız təlim-məşq toplanışı, ardınca isə olimpiada gözləyir".
O, Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunları barədə də danışıb: "Bizim 5 lisenziyamız var. Güləşçiləri bir-birindən ayırmaq istəmirəm. Bu elə yarışdır ki, həmişə sürprizlərlə doludur. Kimin hansı medalı qazanacağını öncədən proqnozlaşdırmaq olmaz. Güləşçilərimizin hər biri Parisdə yaxşı nəticə qazana bilər".

https://qelebe.az//uploads/photo/azerbaycan-millisinin-meshqchisi-reytinq-turnirinde-esas-meqsed-guleshchilerin-son-durumunu-oyrenmek-idi.webp











