Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın “Real Madrid” futbol klubu ilə Almaniyanın “Borussiya Dortmund” klubu üz-üzə gələcək.

“QELEBE.AZ”un məlumatına görə, oyun Londondakı “Uembli” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu final Çempionlar Liqası tarixində 69-cu olacaq. Turnirin ən titullu klubu “Real Madrid”dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.

Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin “Liverpul”unu (1:0) məğlub etmişdi.

“Borussiya” isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya “Yuventus”undan güclü olub (3:1). 2013-cü ildə də “Borussiya” finala çıxsa da, Almaniyanın “Bavariya”sına uduzub (1:2).

“Borussiya”nın baş məşqçisi Edin Terziç komandanın “Real Madrid”lə finalda çox çətin anlar yaşayacağını qeyd edib:

“Düşünürəm ki, biz bu finala layiqik. Favorit olmayacağımızı bilirəm. Çox çətin olacaq. Amma final bir matçdan ibarətdir, ona görə də hər şey mümkündür, biz bunu artıq sübut etmişik”.

Menecer kimi 6 dəfə finala yüksələn “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının fantastik bacarığını yüksək qiymətləndirib:

“Bizim o qədər problemimiz, ciddi zədələrimiz var idi. Biz Vinisiusu, Juda Bellinqemi və başqalarını müəyyən müddətə itirdik, amma heç kim bu barədə danışmırdı. Bu komandanın oyunçuları fantastik qabiliyyətə və xarakterə malikdirlər”.

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

Futbol
FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

FIFA Mahir Emreli ilə bağlı qərarını ləğv edib

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salındı

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salındı

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Futbol
"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub