“Qarabağ”da sevindirici xəbər: Bəhlul məşqlərə başladı
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, məşqlərə start verib.
Müdafiəçi fərdi çalışmalara başlayıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la matçında sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.

https://qelebe.az//uploads/photo/qarabagda-sevindirici-xeber-behlul-meshqlere-bashladi.webp