Musa Qurbanlının meneceri: Onunla bağlı yazılanların 99 faizi kimlərinsə fərziyyələridir

Musa Qurbanlı ilə bağlı yazılanların 99 faizi kimlərinsə fərziyyələridir.

Bunu "Report"a açıqlamasında İsveçin "Yurqorden" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının meneceri Tural Əsgərov deyib.

O, 22 yaşlı hücumçunun "Qarabağ"a qayıdacağı barədə deyilənləri şərh edib: "Musa hələ "Yurqorden"dədir. Klubla qüvvədə olan müqaviləsi var. Komandadan ayrılmaq istəyir. "Yurqorden" də buna etiraz etmir. Bu, icarə əsasında, yaxud birdəfəlik ayrılıq da ola bilər. Yaxın günlərdə məsələni həll etməyə çalışacağıq. Musa Qurbanlının hansı kluba keçəcəyi ilə bağlı konkret məlumat yoxdur. Bu, "Qarabağ" və ya digərləri də ola bilər".

Menecer futbolçunu İsveçdə razı salmayan məqamlardan danışıb: "Yeganə məqam oynamamasıdır. O, ümumiyyətlə, şans qazanmır. Belə olan təqdirdə, sadəcə pul qazanmaq üçün klubda qalmasının heç bir anlamı yoxdur".

Qeyd edək ki, M.Qurbanlı 2023-cü ilin yayında "Qarabağ"dan İsveç klubuna transfer olunub.

Futbol
UEFA Rusiya komandalarının Avropa turnirlərinə qayıtması ilə bağlı işçi qrupu yaradacaq

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

"Qarabağ" ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda mübarizə aparacaq

Konfrans Liqası: "Başakşehir"dən darmadağın, "Sivasspor" heç-heçə edib

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var

“Liverpul”un hücumçusu Ronaldu ilə komanda yoldaşı olur

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub