Yığmanın üzvü: Avropa çempionatına Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün getmişdik

Yığmanın üzvü: Avropa çempionatına Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün getmişdik

Yarış yaxşı keçdi. Biz əsasən Avropa çempionatına Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək üçün getmişdik.

“QELEBE.AZ”un xəbərinə görə, bu fikirləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Zeynəb Hümmətova jurnalistlərə açıqlamasında deyib.

“Ötən ilin dünya çempionatından bu lisenziya üçün çalışırıq. Çox şadıq ki, buna nail olduq. Düzdür, bu hələ rəsmiləşməyib, amma nəticəmiz onu göstərir ki, artıq Olimpiya Oyunlarına lisenziya qazanmışıq. Sadəcə təsdiqlənməsini gösləyirik.

Yarış psixoloji cəhətdən bizimçün çətin idi. Çünki olimpiyaya bir kvota qalmışdı. Lakin hələ ötən ildən buna nail olmaq üçün məşqlərimizi davam etdirirdik. Məşqçilərimiz kompozisiyalarımıza dəyişiklik etmişdi. Bir kompozisiyamızı tam dəyişdirmişdik”.

O, komandaya dəstək olanlara təşəkkür edib: “Bizim yanımızda olan, dəstək verən hər kəsə, federasiyamıza, məşqçilərimizə minnətdarlıq edirik. Çünki tək olsaydıq, bunu bacara bilməzdik. Bu uğurda hər kəsin zəhməti var”.

Zeynəb Hümmətova qeyd edib ki, olimpiya oyunlarında Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışacaqlar: “Avropa çempionatında azsaylı komandalardan idik ki, dörd dəfə çıxışlarımızı təmiz yerinə yetirdik. Kompozisiyalarda dəyişiklik edilmişdi. Çalışacağıq ki, Olimpiya Oyunlarında da ölkəmizi layiqincə təmsil edək”.

Qeyd edək ki, Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülükdə uğurlu çıxış edib. Yığma 5 halqa ilə çıxışında 36,750, üç lent və iki topla çıxışda isə 33,150 xal toplayıb. Yekunda 70,200 bal yığan komanda olimpiadaya vəsiqə qazanıb.

Qrup hərəkətləri komandası hər iki növdə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Komanda
Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Avstriya Voleybol Federasiyası rəsmisi: "Azərbaycanla oyunda qızğın rəqs olacaq"

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında IV tura yekun vurulub

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Azərbaycanın basketbol millisinin üzvü İspaniya klubunda baxışdadır

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunu kütləvi xəstəliyə görə təxirə salınıb