Bakıda Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb

Bakıda Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb

Bakıda məşqçilər üçün keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-1 seminarı başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, tədbir FIVB-nin dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə baş tutub.

Seminarda Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı, Türkiyə, Avstraliya, İran, Hindistan və Belarusdan ümumilikdə 40-a yaxın mütəxəssis iştirak edib. Seminara FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme və yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik ediblər.

Tədbir nəzəriyyə və təcrübədən ibarət olub. Mayın 23-də iştirakçılar praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan mütəxəssislər nəzəri imtahanda iştirak hüququ qazanıblar. Mayın 24-də son imtahanın ardınca yüksək nəticə göstərmiş iştirakçılar müəyyənləşib. 38 nəfərdən 35-i FIVB-nin Level-1 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb. Digərlərinə isə iştirakçı sertifikatı verilib.

İmtahanlardan sonra bağlanış mərasimi baş tutub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirdə AVF-nin baş katibi Faiq Orucov çıxış edərək iştirakçıları salamlayıb, imtahanları uğurla keçən və FIVB Level-1 sertifikatı alan məşqçiləri təbrik edib.

F.Orucov bu cür seminarların həm də yerli məşqçilər üçün böyük təcrübə olduğunu diqqətə çatdırıb. Federasiya rəsmisi sertifikat ala bilməyən iştirakçılara öz üzərilərində daha yaxşı çalışmaqlarını tövsiyə edib, onların növbəti seminarlarda uğurlu nəticə əldə edəcəklərinə əminliyini bildirib.

Daha sonra çıxış edən Cengiz Akarçeşme və Cahangir Seyed Abbasi AVF-nin beynəlxalq seminarlara ev sahibi etməsini yerli məşqçilərin təcrübələrinin artırılması üçün yaxşı fürsət olduğunu bildiriblər, yüksək səviyyədə təşkilatçılıq üçün federasiya rəhbərliyinə təşəkkür ediblər.

Sonda Level-1 sertifikatı alan iştirakçılara diplomlar təqdim olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, bu Azərbaycanda keçirilən dördüncü FIVB Level-1 seminarıdır.

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında ilk tura yekun vurulub

Komanda
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Komanda
Azərbaycanın millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycanın millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finalda mübarizəyə başlayır

Komanda
Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Azərbaycan Yelkən Federasiyası qalib idmançıları mükafatlandırıb

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək

Avropa çempionatı: Azərbaycanın voleybol yığmasının rəqibləri bu tarixdə bilinəcək