Asif Bayramov “Azərbaycan yəhudiləri idmanda” kitabına görə İsrail Prezidenti tərəfindən təşəkkürnamə alıb

Asif Bayramov “Azərbaycan yəhudiləri idmanda” kitabına görə İsrail Prezidenti tərəfindən təşəkkürnamə alıb

ABŞ-də azərbaycanlı idman yazıçısı, idman elmləri ustası, məşqçi və cüdo üzrə qara kəmər sahibi Asif Bayramov müəllifi olduğu "Azərbaycan Yəhudiləri İdmanda" kitabına görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoq tərəfindən xüsusi təşəkkürnamə alıb.

"QELEBE.AZ"un ABŞ bürosu xəbər verir ki, daha əvvələr Bakıda çap olunan kitab yenidən beynəlxalq standlara uyğun şəkildə hazırlanaraq Pensilvaniyada fəaliyyət göstərən ABŞ-nin qabaqcıl nəşriyyat evi olan "Fulton Books" kitab evi tərəfindən nəşrdən çıxıb.

Uzun illərdir ABŞ-nin Massaçusets ştatında yaşayan müəllif, kitabında Azərbaycanın dünya idmanına qazandırdığı yəhudi əsilli beş avropa çempionun nailiyyətləri və uzun illər Azərbaycan idmanında fəaliyyət göstərən bir sıra uğurlu yahudi idmançıları qələmə alıb.

O, "QELEBE.AZ"a açıqlamasında kitabda Azərbaycan xalqının ölkəmizdə yaşayan müxtəlif xalqlara, dini azlıqlara, o cümlədən yəhudi icmasına qarşı tolerantlıq və dostluq münasibətlərinin təvir olunduğunu bildirib: "İdmanda siyasət və fəsəfə yoxdur, idman birləşdirir. Bu kitabı yazmaqda məqsəd Azərbaycan xalqının aliliyini, humanistliyini ölkəmizdə yaşayan yahudi xalqının təmsilçilərinə olan doğma münasibətdə təqdim etməkdir. Bizim içimizdə yaşayan bütün millətlərin nümayəndələrinə qarşı hər zaman dost, qardaş sevgisi olub. Kitab Azərbaycanın timisalında bu gün dünyanın mübarizə apardığı qərəzlilik və ayrı-seçkiliyə qarşı mübarizəyə töhfə vermək məqsədi daşıyır. Yazdığım kitaba görə İsrail Prezidenti İsxak Hersoq mənə təşəkkürnamə göndərdi".

Bakıda, daha sonra bir müddət Rusiyanın ikinci ən böyük şəhəri olan Sankt-Peterburqda yaşayan müəllif kitabının ərsəyə gəlmə tarixcəsindən də bəhs edib: "Qərbi Azərbaycanda doğulmuşam. 1988-ci ildə zorla ailən Azərbaycana deportasiya edilib. Bu deportasiya məndə böyük emosional sarsıntıya səbəb oldu. 1992-ci ildə mən daimi yaşamaq üçün Bakıya köçdüm. Azərbaycanda yaşayan yəhudilər arasında çoxlu dostlar qazandım. 1993-cü ildə Bakıda ilk dəfə "Azərbaycanda və Dağıstanda yaşayan yəhudilərin tarixi, mədəniyyəti və gündəlik həyatı" adlı sərginin təşkilatçılarından biri olmuşam. Sərginin təşkilində yəhudi idmançılarla tanış oldum. Arxivləri öyrənməyə başladım və köhnə azərbaycanlı yəhudiləri axtardım, onların hekayələrindən lazımi araşdırma məlumatı toplayadım. Bu proses bir qədər çətin oldu, çünki onların çoxu artıq dünyasını dəyişmişdi. Ancaq düşünürəm ki, sadəcə yəhudilər deyil, bütün xalqların, millətlərin nümayəndələri üçün gözəl bir vəsait ərsəyə gətirdim".

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Azərbaycan Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elcan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayır

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb