Mahir Emreli: "Dinamo"da qalıb-qalmayacağım bəlli deyil, doğru qərarı qəbul edəcəyik

Mahir Emreli: "Dinamo"da qalıb-qalmayacağım bəlli deyil, doğru qərarı qəbul edəcəyik

Klubda qalıb-qalmayacağım bəlli deyil. Amma doğru qərar nədirsə, onu da qəbul edəcəyik.

Bunu "QELEBE.AZ"a açıqlamasında Xorvatiyanın "Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

26 yaşlı hücumçu yay transfer dönəmi ilə bağlı hələlik planının olmadığını bildirib: "Baxacağıq, hansısa klubla danışıq aparmırıq. Bu işlərlə agentlər məşğul olurlar. Mən isə öz üzərimə düşəni edirəm. Gözləyəcəyik".

Emreli üçüncü dəfə Zaqreb təmsilçisi ilə Xorvatiya çempionu olmasına da toxunub: "Önəmli olan da bu idi. İl ərzində fikrimizi buraya yönəltmişdik. Mövsümə o qədər də yaxşı başlamamışdıq. Rəqiblərdən bir neçə xal geri düşdük. Amma sonda çempionluğu əldə etdik. Bu il bizim üçün çox vacib idi. Qışadək komandam üçün əlimdən gələni etdim. Sonra zədə ilə üzləşdim. İndi yenidən qayıdıram. Ümid edirəm ki, son matçlarda şans qazanacağam və özümü yaxşı tərəfdən göstərəcəyəm".

Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Futbol
“Qəbələ” Çexiya klubuna uduzub

“Qəbələ” Çexiya klubuna uduzub

Futbol
Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

Futbol
Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Avropanın aparıcı komandaları klublararası dünya çempionatından imtina edirlər

Futbol
Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Futbol
Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Futbol
Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib