Azər Bağırov: “Neftçi” istəkli olanda yaxşı oynadığını dəfələrlə göstərib

Azər Bağırov: “Neftçi” istəkli olanda yaxşı oynadığını dəfələrlə göstərib

Düşünürəm ki, “Qarabağ” qalib gələcək. Amma “Neftçi” də istəkli olanda yaxşı oynadığını dəfələrlə göstərib.

Bunu “Report”a açıqlamasında "Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” matçı barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan derbisində “Qarabağ”ın qələbə qazanacağını düşündüyünü deyib: “Neftçi” Avroliqa zonasından uzaqlaşmamağı özü üçün təmin etməlidir. Çünki yuxarı pillələrdə yer alan komandaların - “Sabah” və “Zirə”nin xalları arasında çox az fərq var. “Neftçi” də mövqeyni qorumalıdır. “Qarabağ” son matçda "Sumqayıt"a məğlub oldu. Yəqin ki, Qurban Qurbanov komandanın neçə oyundur zəif performans göstərməsinin fərqindədir. Mənə elə gəlir, bu barədə fikirlərini futbolçulara çatdırıb. “Neftçi” də istəkli olanda yaxşı oynadığını dəfələrlə göstərib. Bu gün də komandaya lazım olan tək şey döyüşmək və qələbə istəyidir. “Qarabağ”a qarşı ancaq bu şəkildə oynamaq olar”.

A.Bağırov “Qarabağ”ın vaxtından əvvəl çempionluğu qazanmasının son dönəmlərdə komandanın oyununa təsir etdiyini bildirib: “Əlbəttə, vaxtından əvvəl çempionluq komandanın toparlanmasına mane olur. Maksimumlarını ortaya qoya bilmirlər. Futbolçular düşünürlər ki, çempionat bitib, zədələnmək qorxusu var. Fikrimcə, bu səbəbdən daha ehtiyatlı olmaq istəyirlər”.

Qeyd edək ki, “Qarabağ” - “Neftçi” matçı bu gün saat 19:30-da “Azərsun Arena”da keçiriləcək.

Futbol
"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

"Şamaxı" futbolçusu ilə yollarını ayırıb

Futbol
"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

"Sumqayıt"ın sabiq baş məşqçisi "Şaxtyor"a qayıda bilər

Futbol
"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

"Nant" "Qarabağ"la oyun üçün Bakıya gəlib

Futbol
UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb

Futbol
Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Laurentsiu Regekampf: "Çox asan qollar buraxdıq, belə olmamalı idi"

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Ayxan Abbasov: "Qarabağ"la səfərdə oynamaq çox çətindir"

Futbol
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Futbol
AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
Messi qol sayında Ronaldoya çatıb

Messi qol sayında Ronaldoya çatıb

Futbol
Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib

Herbert Hayner yenidən "Bavariya"nın prezidenti seçilib