Azərbaycanın 4 qadın cüdoçusu Yaponiyada təlim-məşq toplanışına qatılıb
Azərbaycanın 4 qadın cüdoçusu Aydan Əliyeva, Gültac Məmmədəliyeva, Açelya Toprak və Leyla Əliyeva Yaponiyada təlim-məşq toplanışına qatılıblar.
“QELEBE.AZ” xəbər verir ki, Rəşad Məmmədovun rəhbərliyi altında hazırlıq “Toin”, “Kokuşikan”, “Şukutoku” və “Teikyo” universitetlərində keçirilir.
Aprelin 11-dək davam edəcək təlim-məşq toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına və digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

https://qelebe.az//uploads/photo/azerbaycanin-4-qadin-cudochusu-yaponiyada-telim-meshq-toplanishina-qatilib.webp











