Qelebə.az / Azərbaycanın 4 qadın cüdoçusu Yaponiyada təlim-məşq toplanışına qatılıb

Azərbaycanın 4 qadın cüdoçusu Yaponiyada təlim-məşq toplanışına qatılıb

8-04-2024, 12:47

Azərbaycanın 4 qadın cüdoçusu Aydan Əliyeva, Gültac Məmmədəliyeva, Açelya Toprak və Leyla Əliyeva Yaponiyada təlim-məşq toplanışına qatılıblar.

“QELEBE.AZ” xəbər verir ki, Rəşad Məmmədovun rəhbərliyi altında hazırlıq “Toin”, “Kokuşikan”, “Şukutoku” və “Teikyo” universitetlərində keçirilir.

Aprelin 11-dək davam edəcək təlim-məşq toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına və digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Geri qayıt