"Fənərbağça" Türkiyə Superkuboku oyununun yarımçıq qalmasından sonra açıqlama yayıb

"Fənərbağça" Türkiyə Superkuboku oyununun yarımçıq qalmasından sonra açıqlama yayıb

"Fənərbağça"nın mətbuat xidməti Türkiyə Superkubokunun "Qalatasaray"la matçının yarımçıq qalmasından sonra açıqlama yayıb.

"QELEBE.AZ"un xəbərinə görə, bu barədə klubun rəsmi saytında yer alan məlumatda deyilir.

“Bu gün meydançaya qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız zaman bunları vurğulamaq istəyirik: 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün idman növlərində türk idmanına xidmət etmişik: Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 7-də “Fənərbaxça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Artıq ilk dəqiqədə Mauro İkardi "Qalatasaray"ı hesabda irəli çıxarıb. Bu qoldan sonra "Fənərbağça"lılar oyunu boykot edərək meydanı tərk ediblər. Beləliklə, "Fənərbağça"ya texniki məğlubiyyət verilib. "Qalatasaray" Türkiyə Superkubokunun qalibi olub.

Bir müddət əvvəl Türkiyənin "Fənərbağça" klubunun daxili çempionatın 30-cu turunun matçında "Trabzonspor" azarkeşlərinin komandanın futbolçularına hücumu səbəbindən çempionatı dəyişə biləcəyi barədə məlumat yayılmışdı.

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

Futbol
"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

"Sabah"ın keçmiş hücumçusu: “Azərbaycanda keçirdiyim 3 ildən zövq aldım”

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

Futbol
Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Avstriyalı futbolçu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Qurban Qurbanov: "Qəbələdə oynamaq asan deyil"

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Şəhid övladları "Qarabağ"ın oyununu izləyiblər

Futbol
“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək