Əməkdar məşqçi Nicat Abasovun İddiaçılar Turnirində startını dəyərləndirib

Əməkdar məşqçi Nicat Abasovun İddiaçılar Turnirində startını dəyərləndirib

Əməkdar məşqçi Anar Allahverdiyev Azərbaycan şahmatçısı Nicat Abasovun Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində startını dəyərləndirib.

O, “QELEBE.AZ”a açıqlamasında 28 yaşlı qrossmeysterin ilk turda Yan Nepomnyaşi (FIDE) ilə heç-heçə etməsini normal nəticə adlandırıb.

“Birinci görüşlər həmişə çox gərgin olur. Yarışa uğurlu start vermək vacibdir. Kimin necə forma yığması barədə məhz ilk görüşlərdən sonra proqnoz vermək olur. Nicatın startdakı rəqibi çox güclü şahmatçı idi. Nepomnyaşi Şahmat Tacı uğrunda çıxış edib. Son illər dünyanın ən güclüləri sırasındadır”, - deyə mütəxəssis söyləyib.

Anar Allahverdiyev rusiyalı şahmatçının heç-heçə uğrunda mübarizə apardığını və istəyinə çatdığını bildirib: “Nicat ənənəvi olaraq d4 oynadı, Nepomnyaşi isə daha çox Qrünfeld müdafiəsindən istifadə etdi. Katalon başlanğıcına da keçid ala bilərdi. Nepomnyaşi vəzir qambitinə keçdi. Nicatın cüzi üstünlüyü var idi. Mövqe yavaş-yavaş sadələşdi və görüş heç-heçə yekunlaşdı. Nepomnyaşi sırf bərabərliyə kökləndi, risk etmədi. Ağlarla oynayan Abasovun nəyəsə nail ola bilməməsi heç-heçəyə gətirib çıxardı”.

Məşqçi əlavə edib ki, İddiaçılar Turnirində qələbə qazanmaq olduqca çətindir: “İddiaçılar Turniri ağır yarışdır, burada çox sayda heç-heçələrin olması qeyri-adi deyil. Qalib gəlmək çətindir. Hamısı adlı-sanlı, təcrübəli şahmatçıdır. Nəzərə alaq ki, hər biri uzun müddət sırf yarışa hazırlaşıb, rəqibləri təhlil edib. Ümid edirəm ki, Nicat növbəti turlarda bizi sevindirəcək”.

Qeyd edək ki, Nicat Abasov bu gün II turda ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək. Təmsilçimiz bu dəfə qara fiqurlarla oynayacaq.

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Fərdi
"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Avropa çempionatı: Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Fərdi
“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

Fərdi
Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Azərbaycan şahmatçıları Mahaçqalada Əziz Əliyevin xatirəsinə həsr edilmiş turnirə qatılıblar

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib