İngiltərə Premyer Liqası: “Liverpul” şəriksiz liderdir

İngiltərə Premyer Liqası: “Liverpul” şəriksiz liderdir

İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Liverpul” “Enfild”də “Şeffild Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, oyunu hakim Stüart Attuell idarə edib.

Oyun elə ilk dəqiqəsində “qırmızılar”ın qapıçısı Kuivin Kelleher yaxın məsafədən endirilmiş zərbəni dəf edərək komandasını real qoldan xilas edib. Bir neçə dəqiqə sonra qonaqlar daha bir cəhd edib. Bununla belə, ev sahibləri tədricən oyuna nəzarəti ələ ala bilib. Çoxsaylı hücum cəhdlərinə baxmayaraq, birinci hissədə yeganə qol qeyri-adi şəkildə vurulub: 17-ci dəqiqədə “tiyələr”in qapıçısı İvo Qrbiç topa uğursuz zərbəsi “Liverpul”un hücumçusu Darvin Nunyesə toxunaraq qapıya daxil olub.

Matçın ikinci hissəsində “Liverpul” daha da faəllaşıb. Yürgen Kloppun yetirmələri dəfələrlə hesabdakı fərqi artırmağa yaxın olsalar da, “qırmızılar” əks-hücumda yaxalanıblar: müdafiəçi Bredli Konora toxunan top Kelleherin ayaqları arasında keçərək tora düşüb. Oyunun 65-ci dəqiqəsində ev sahiblərinin kapitanı Vircil van Deykin başla zərbəsini Qrbiç dəf edib. 9 dəqiqə sonra “Liverpul”un cinah müdafiəçisi Endrü Robertson yarımmüdafiəçi Harvi Elliotun əla ötürməsini təktoxunuşlu zərbə ilə qolla tamamlaya bilməyib. 77-ci dəqiqədə isə “Liverpul” istəyinə çatıb: argentinalı yarımmüdafiəçi Aleksis Mak Allister sağ ayaqla mükəmməl qola imza atıb. 85-ci dəqiqədə təqribən 25 metrlik məsafədən cərimə zərbəsi vuran Mak Allister dubla yaxın olsa da, qonaqları qapı dirəyi xilas edib. 90-cı dəqiqədə isə niderlandlı Kodi Qakpo Robertsonun dəqiq hava ötürməsindən sonra topu başla qapıya yönləndirərək matçda son nöqtəni qoyub – 3:1.

Qeyd edək ki, “Liverpul” 30 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. “Qırmızılar”ın ən yaxın təqibçiləri “Arsenal” (68 xal) və “Mançester Siti”dir (67). “Şeffild Yunayted” eyni sayda oyundan sonra cəmi 15 xal toplaya bilib və sonuncu pillədə qərarlaşıb.

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Futbol
Messi karyerasında 1000-ci oyununa çıxıb

Messi karyerasında 1000-ci oyununa çıxıb

Futbol
"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

"Real Madrid"in qapıçısı "Lev Yaşin" mükafatının sahibi olub

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

DÇ-2022: İspaniya - Almaniya matçı başlayıb

Futbol
AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

AFFA "Zirə"nin futbolçusu ilə bağlı qərara yenidən baxacaq

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

Futbol
Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Kerjakov "Səbail"in baş məşqçisi olacağı ilə bağlı iddialara münasibət bildirib

Futbol
"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb

"Sumqayıt" klubu tarixi antirekordu təkrarlayıb