“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb

“Neftçi”nin sabiq futbolçusu komandanın oyunundan narazı qalıb

“Neftçi”nin sabiq futbolçusu Yunis Hüseynov komandanın Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”a 0:4 hesabı ilə məğlub olduğu oyundakı çıxışından narazı qalıb.

59 yaşlı mütəxəssis "QELEBE.AZ"a açıqlamasında qarşılaşmanı tribunadan izlədiyini bildirib.

O, Bakı klubunun futbolçularının məğlubiyyəti asanlıqla qəbul etdiklərini deyib: “Neftçi” adına biabırçı oyun oldu. Meydana iddiasız komanda kimi çıxırlar. Futbolçulara başa salmayıblar ki, Azərbaycanın ən öndə gedən, tarixi komandasına gəliblər? Dünən meydana sanki gəzməyə çıxmışdılar. 90 dəqiqə ərzində qapıya cəmi iki zərbə vura bildilər. Bu məğlubiyyətlə belə rahat razılaşdıqlarını başa düşə bilmirəm”.

Mütəxəssisin fikrincə, “Qarabağ” dünənki görüşdə daha çox qol vura bilərdi: “Qarabağ” fəxrimizdir, Avropa arenasında ölkəmizi layiqincə təmsil edir. Ancaq bu o demək deyil ki, “Neftçi” onlara qarşı belə zəif çıxış etməlidir. “Qarabağ” sanki “Neftçi” önündə məşq edirdi. Ağdam komandası istəsəydi, 7-8 qol vurardı”.

1984-1998-ci illərdə “ağ-qaralar”ın formasını geyinən Yunis Hüseynov klubda transfer siyasətinin yanlış aparıldığını söyləyib: “Kubok da bir tituldur və avrokuboklara vəsiqə uğrunda ən qısa yoldur. Belə oyunla “Neftçi” çempionatda heç ikinci yeri də tuta bilməyəcək. Etiraf edək ki, rəhbərlik komandaya hər cür şərait yaradır, maddi baxımdan sıxıntı yaşamalarına imkan vermir. Lakin transfer siyasəti yanlış aparılıb. “Qarabağ”ın heyətinə fikir verin, necə oyunçular seçib gətiriblər. “Neftçi” belə səviyyədə futbolçular gətirə bilməz? Bunun üçün maddi imkanları da var. Amma ardıcıl iki ötürmə verməyi bacarmayanları bir araya yığıblar”.

Veteran futbolçu paytaxt təmsilçisinin monteneqrolu baş məşqçisi Miodraq Bojoviçin də ümidləri doğrultmadığı qənaətindədir: “Bojoviç hələ bura gələndə demişdim ki, onu tanımıram. 18 ildə 20 komanda dəyişən mütəxəssisdir, düz-əməlli nəticəsi də olmayıb. Moskva “Lokomotiv”inin prezidenti də çıxışında bildirmişdi ki, o, “Neftçi”yə uğur qazandıra bilməyəcək. Bojoviç məgər azərbaycanlı məşqçilərdən yaxşıdır? Onun rəhbərliyi altında komanda zəif çıxış edir, nə taktika bilinir, nə oyun üslubu. “Neftçi”nin sabiq futbolçusu kimi dünənki oyun yadıma düşdükcə əsəbiləşirəm. “Neftçi” belə sıradan komandaya çevrilməməlidir”.

Qeyd edək ki, “Qarabağ”la “Neftçi” arasında cavab oyunu aprelin 24-də keçiriləcək.

Futbol
Mahir Emreli koronavirusa yoluxub

Mahir Emreli koronavirusa yoluxub

Futbol
Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Qara Qarayev: "Neftçi" bizimlə oyunlara xüsusi motivasiya ilə çıxır"

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Futbol
"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

Futbol
Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Fərid Qayıbov: "İstəyərdik ki, futbolçularımız daha yaxşı oynasın, ancaq vəziyyət gördüyünüz kimidir"

Futbol
"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələnib

Futbol
AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

Futbol
"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşüb

Futbol
"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"

"Nant"ın baş məşqçisi: "Mərhələni "Qarabağ" da keçsəydi, məyus olmazdıq"