Çempionlar Liqası: son çempion “Barselona” yarımfinalda “Çelsi”yə rəqib olub
Qadınlar arasında UEFA Çempionlar Liqasının bütün yarımfinalçıları müəyyənləşib.
“QELEBE.AZ”un məlumatına görə, ötən gün 1/4 final mərhələsinin son iki cavab görüşü keçirilib.
İspaniyanın “Barselona” klubu Norveç təmsilçisi “Brann” ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da (2:1, 3:1 məğlub edib. Fransa PSJ-si isə İsveç komandası “Hekken”i hər iki görüşdə (2:1, 3:0) üstələyib. Daha əvvəl isə “Çelsi” (İngiltərə) və “Lion” (Fransa) yarımfinala adlamışdı.
Final yolunda son dueldə son çempion “Barselona” “Çelsi” ilə, “Lion” isə PSJ ilə qarşılaşacaq. İlk oyunlar aprelin 20-21-də, cavab matçları 27-28-də baş tutacaq.

https://qelebe.az//uploads/photo/chempionlar-liqasi-son-chempion-barselona-yarimfinalda-chelsiye-reqib-olub.webp











