Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokuna son Avropa çempionatından daha yaxşı hazırlaşmışıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokuna son Avropa çempionatından daha yaxşı hazırlaşmışıq

Dünya Kubokuna ötən ay Bolqarıstanda keçirilən son Avropa çempionatından daha yaxşı hazırlaşmışıq.

Bunu “Report”a açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Maxtı Makkayev deyib.

Rusiyalı mütəxəssis 31 mart – 11 aprel aralığında Tailandın Phuket şəhərində keçiriləcək Dünya Kubokunda hazırlığın yüksək səviyyədə keçdiyini bildirib. O, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə qatılacaq idmançılardan yüksək nəticə gözlədiyini söyləyib: "İsa Rüstəmov və Ömər Cavadov (hər ikisi 73 kq) nəticə verə bilərlər. Əli Şükürlü (102 kq) də yaxşı formadadır, Dünya Kubokunda məqsədinə çata bilər. Dadaş Dadaşbəyli (109 kq) isə birinci yer uğrunda mübarizə apara biləcək gücdədir. Bir sözlə, komandamız tam heyətlə yarışa hazırdır. Əsas odur ki, heç kimdə zədə yoxdur”.

Maxtı Makkayev mötəbər yarışda onları güclü rəqabətin gözlədiyini etiraf edib: “Hamımız başa düşürük ki, Dünya Kubokunda planetin ən güclü idmançıları çıxış edəcəklər. Çünki hamı turnirə olimpiadaya lisenziya qazanmaq məqsədilə qatılacaq. Ümid edirəm ki, bizim ağırlıqqaldıranlarımız olimpiadaya lisenziya qazanar və Parisdə Azərbaycanı uğurla təmsil edərlər”.

Qeyd edək ki, olimpiadaya lisenziya xarakterli son turnirdə 110 ölkədən 466 (235+231) atlet qüvvəsini sınayacaq. Azərbaycanın 4 kişi ağırlıqqaldıranından başqa, Nazilə İsmayılova (45 kq) qadınların yarışında mübarizə aparacaq.

Fərdi
Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Azərbaycan Velosiped Federasiyasında Qazilərlə iş bölməsi fəaliyyətə başlayıb

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Zabit Səmədov: "Uduzsam, bu, mənim son döyüşüm olmayacaq"

Fərdi
"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

"Vüqar Həşimov Memorialı-2022"nin qalibi müəyyənləşəcək

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri müəyyənləşib

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Aydın Süleymanlı: "Vüqar Həşimov Memorialı-2022"də çıxış etmək qürurvericidir"

Fərdi
Abdulla Qədimbəyli: "Vüqar Həşimov Memorialı" ən güclü turnirlərdən biridir"

Abdulla Qədimbəyli: "Vüqar Həşimov Memorialı" ən güclü turnirlərdən biridir"

Fərdi
MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib