Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib - YENİLƏNİB-4

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib - YENİLƏNİB-4

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

“QELEBE.AZ”un məlumatına görə, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

21:02

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə ikinci hissə başlayıb.

“QELEBE.AZ” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada fasilə başa çatıb.

İlk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0.

20:47

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə birinci hissə başa çatıb.

“QELEBE.AZ” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

20:00

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başlayıb.

“QELEBE.AZ” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

19:30

“FIFA series–Edition 2024” layihəsi çərçivəsində üz-üzə gələcək Azərbaycan və Monqolustan millilərinin start heyətləri bəlli olub.

“QELEBE.AZ” xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7. Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8. Emin Mahmudov, 4. Bəhlul Musayafazadə, 19. Filip Ozobiç, 2. Amin Seydiyev, 11. Ramil Şeydayev.

Məşqçi: Arif Əsədov.

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8. Batmunh, 5. Chinzoriq, 4. Qreyt-old, 9. Oyunbaatar, 3. Purevdorj, 18. Uganbayar.

Baş məşqçi: İçiro Otsuka.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək. Yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.

Futbol
Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Futbol
Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Futbol
"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

Futbol
"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Futbol
AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

Futbol
La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

La Liqa: "Real Madrid" "Kadis"ə qalib gəlib

Futbol
"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

"Napoli" - "Ayaks" matçından öncə azarkeş bıçaqlanıb

Futbol
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub