Rusiyalı məşqçi: Qırmızı vərəqə olmasaydı, “Qarabağ” qələbəni əldən verməzdi

Rusiyalı məşqçi: Qırmızı vərəqə olmasaydı, “Qarabağ” qələbəni əldən verməzdi

Qırmızı vərəqə olmasaydı, “Qarabağ” qələbəni əldən verməzdi.

“QELEBE.AZ” xəbər verir ki, bunu Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Qarabağ”ın Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduğu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Mütəxəssisin fikrincə, Azərbaycan çempionunun buraxdığı qollarda Rusiya yığmasının qapıçısı Andrey Lunyovun səhvi olmayıb: “Qarabağ” yenə yaxşı oynadı, 2:0 önə keçdi. Lakin görüşün sonunda yenə üstünlüyünü əldən verdi. İlk qolun vurulduğu epizodda Andreyin xilas etmək şansı az idi. Amma buraxılan ikinci qolda bəxti gətirmədi. Halbuki hər şeyi düzgün etdi. Lunyov bu matçda öz işini gördü, əlindən gələni etdi”.

Kafanov millinin martın 21-də Serbiya, 25-də isə Paraqvaya qarşı keçirəcəyi yoldaşlıq görüşləri öncəsi Lunyovun psixoloji durumundan narahatlıq keçirdiyini etiraf edib: “Adətən belə oyunlar həm qapıçını, həm də futbolçuları dəli edir. Onlar bunu çox ağır yaşayırlar və ürəkdəki tikan uzun müddət qalır. İndi məni daha çox Andreyin psixoloji durumu narahat edir. Onun ağrılı məğlubiyyəti tez unutması və oyunlardan əvvəlki vəziyyətə qayıtması çox vacibdir. Andrey psixoloji cəhətdən sabit oğlandır. Düşünürəm ki, o, bu dövrü ağrısız keçə biləcək”.

Qeyd edək ki, iki oyunun cəmində “Bayer 04”ə 4:5 hesabı ilə uduzan “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb.

Futbol
İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

İspaniya yığması Luis Enrike ilə yollarını ayırıb

Futbol
Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Futbol
Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Futbol
"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Futbol
Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
Azərbaycan derbisində rekord qeydə alınıb

Azərbaycan derbisində rekord qeydə alınıb

Futbol
DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

Futbol
DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

DÇ-2022: İran yığması ölkə himnini oxumayıb

Futbol
Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb

Azərbaycanlı mütəxəssisin komandası Moldova Kuboku ilə vidalaşıb