Azərbaycan millisinin sabiq üzvü: Yenidən böyük futbol həyəcanını yaşamaq əladır

Azərbaycan millisinin sabiq üzvü: Yenidən böyük futbol həyəcanını yaşamaq əladır

Yenidən böyük futbol həyəcanını yaşamaq əladır.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov II Liqa komandası “Cəbrayıl”ın heyətində çıxış etməsi ilə bağlı danışarkən deyib.

XVI turda “Şahdağ Qusar”la bərabərə qaldıqları (2:2) görüşdə cərimə zərbəsindən qol vuran 35 yaşlı yarımmüdafiəçi komandasının hədəfinin çempionluq olduğunu bildirib: “Maraqlı mübarizə oldu. Rahid Əmirquliyevin rəqibin heyətində yer alması istər orada oynayan futbolçulara, istərsə də azarkeşlərə əlavə motivasiyadır. “Şahdağ Qusar”dan 1 xal almaq da pis deyil. “Cəbrayıl”ın hələ əvvəldən hədəfi Premyer Liqaya yüksəlməkdir. İlk məqsəd I Liqaya vəsiqə qazanmaqdır. Məşqçilər korpusu bunun üçün əlindən gələni edir. Liderlə aramızda 4 xal fərq var. Qaşıda hələ çox oyun olacaq. Birincilik uğrunda mübarizə aparacağıq”.

Minifutbol üzrə Azərbaycan çempionatında “İnter” komandasının da formasını geyinən Elvin Məmmədov iki idman növü arasında müqayisə aparıb: “Minifutbolda oynamaq daha çətindir. Çünki orada temp daha yüksəkdir, dinamik mübarizə gedir. Minifutbol çox güc tələb edir. Ora daha maraqlıdır. II Liqa adından da bilindiyi kimi, həvəskarlar liqasıdır. Bir az təcrübən olsa və topla rəftarı bacarsan, daha rahat hərəkət edərsən. Minifutbolda hamı dayanmadan qaçır”.

Millinin keçmiş oyunçusu II Liqada ən böyük problemin meydanlarla bağlı olduğunu vurğulayıb: “Kütləviliyi artırmaq baxımından II Liqanın yaradılması təqdirəlayiq addımdır. Burada həm gənc, həm də veteran futbolçular çıxış edirlər. Mən həm də U-15 Liqasında çalışıram. Həm orada, həm II, həm də I Liqada meydanların durumu bərbaddır. Asfaltdansa, süni örtük qoysalar, daha yaxşı olar. Bunun üçün vaxt lazımdır. Azərbaycan futbolu meydan baxımından əziyyət çəkir. Bu problem elə Premyer Liqada da görünür. Birinci ildə hər şeyi dəyişmək çətindir. Yəqin ki, dəyişikliklər üçün planlar var”.

Qeyd edək ki, Elvin Məmmədov 2008-2017-ci illərdə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qola imza atıb.

Futbol
"İnter" Lukakunun birdəfəlik transferi üçün danışıqlara başlayıb

"İnter" Lukakunun birdəfəlik transferi üçün danışıqlara başlayıb

Futbol
"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

Futbol
Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Futbol
"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

"Qəbələ" son dəqiqə qolu ilə "Səbail"ə qalib gəlib

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

DÇ-2022 üçün satılmış biletlərin sayı bəlli olub

Futbol
"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

"Nant" klubunun Bakıya səfər proqramı bəlli olub

Futbol
Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Şotlandiya klubu Çempionlar Liqasında antirekordu yeniləyib

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
UEFA "Neftçi"yə ödəniş edib

UEFA "Neftçi"yə ödəniş edib