"Zirə"nin legioneri: "Bayer 04" ilə başabaş oynayan komandanı üstələmək asan deyil - MÜSAHİBƏ

"Zirə"nin legioneri: "Bayer 04" ilə başabaş oynayan komandanı üstələmək asan deyil - MÜSAHİBƏ

Nigeriyalı futbolçu Abbas İbrahim ötən ilin qışında "Zirə"yə transfer olunub. Yarımmüdafiəçi bu mövsüm "qartallar"ın heyətində 18 matçda meydanda olub. Qol hesabını aça bilməyən futbolçunun müqavilə müddəti 2025-ci ilin fevralında başa çatacaq.

Abbas İbrahim Azərbaycan Premyer Liqasının 26-cı turunda keçirilən "Qarabağ" - "Zirə" matçından (3:1) sonra "QELEBE.AZ"un suallarını cavablandırıb.

- Qarşılaşma barədə nə deyə bilərsiniz?

- "Qarabağ"la matç kifayət qədər çətin keçdi. "Bayer 04" ilə başabaş oynayan komandanı üstələmək asan deyil. Həmçinin bu cür qarşılaşmalarda təcrübə toplamağa çalışırıq. Düşünürəm ki, onların hücumlarının qarşısını ala bilirdik. Yenə də futbolda həmişə istədiyin olmur. "Kəpəz"lə qarşıdakı matç barədə düşünməliyik.

- Matç ərzində qaçırdığınız qol şansları oldu. Bu barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, "Qarabağ"la matçlarda belə epizodlar yaratmaq olduqca yaxşıdır. Bu, futboldur, burda həmişə yekun nəticə önəmlidir. Bəzən epizodlar yaratsan da, düzgün istifadə edə bilmirsən. Rəqib əlinə düşən fürsətlərdən maksimum yararlandı. Hazırda yalnız "Kəpəz"lə matçın hazırlıqları barədə düşünməliyik.

- "Kəpəz"lə matçı doğma meydanda keçirməyəcəksiniz. Bu vəziyyətə münasibətiniz necədir?

- "Kəpəz"ə qarşı matçlar həmişə çətin olur. Amma hazırlaşmalı, mübarizəmizə davam etməliyik. Çempionatda məqsədimiz xallar qazanmaq, hər matçda qələbələri sıralamaqdır.

- "Zirə" Premyer Liqada vurduğu qolların sayının az olmasına görə digər klublardan ciddi şəkildə fərqlənir. Əsas çətinlik nədir?

- Bizim problem əlimizə düşən fürsətləri istifadə edə bilməməyimizdir. Bir matçda çoxsaylı qol imkanları yaratsaq da, fərqlənə bilməmişik. İnsanlar bu barədə tənqidi fikirlər səsləndirə bilər. Sadəcə, bəzi epizodlarda bəxtimiz gətirmir. Düşünürəm ki, son 2 oyunda bunun üzərində işləyib qollar vurmağı bacarırıq. Qarşıdakı matçlarda da bu qolların davamı gələcək.

- Komanda daxilində problemlər var?

- Xeyr, hər şey qaydasındadır. Futbolda səhvlər edirsənsə, rəqib səni cəzalandıracaq. Amma çalışıb bu cür xətaları aradan qaldırmaq lazımdır. "Qarabağ"la matçda ən yaxşısını etməyə çalışdıq.

- Bu gün öz çıxışınızı necə dəyərləndirirsiniz?

- Qarşılaşma ərzində rəqibə təzyiq göstərməyə çalışdım. Hazırda öz çıxışım qane edir. Məşqlərdə daim daha yaxşısını etmək üçün səy göstərirəm.

Futbol
Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Futbol
"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

Futbol
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Futbol
“Kəpəz”də əsas komandadan qovulan futbolçu: “Müqaviləm var, oturub pulumu alacağam”

“Kəpəz”də əsas komandadan qovulan futbolçu: “Müqaviləm var, oturub pulumu alacağam”

Futbol
Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Futbol
Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Futbol
"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

"Neftçi"nin baş məşqçisi: "Styaua" ilə danışığım olmayıb"

Futbol
"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

"Qarabağ" "Real Madrid"lə eyni siyahıda yer alıb

Futbol
"Qarabağ"a qol vuran futbolçu: "Heç-heçə ədalətli nəticədir"

"Qarabağ"a qol vuran futbolçu: "Heç-heçə ədalətli nəticədir"

Futbol
UEFA "Qəbələ" klubuna ödəniş edib

UEFA "Qəbələ" klubuna ödəniş edib

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb