56 yaşında karyerasını bərpa edən futbolçu: Bir ay məşq etdikdən sonra meydana çıxdım - MÜSAHİBƏ

56 yaşında karyerasını bərpa edən futbolçu: Bir ay məşq etdikdən sonra meydana çıxdım - MÜSAHİBƏ

“Kəpəz” klubunun heyətində 3 dəfə çempion, 1996/1997 mövsümündə 23 qolla komanda yoldaşı Fazil Pərvərovla birgə Azərbaycan çempionatının bombardiri olmuş Rövşən Əhmədov 56 yaşında futbolçu karyerasını bərpa edib. Bununla da o, bir daha yaş amilinin əsas olmadığını göstərib. O, Region Liqasında çıxış edən "VT Gəncə" klubundan dəvət alıb.

"Kəpəz"in sabiq futbolçusu bu və digər məsələlər barədə “Report”un suallarını cavablandırıb.

- 56 yaşında futbolçu karyeranızı bərpa etdiniz. Yenidən meydana çıxmaqla bağlı təəssüratlarınız necədir?

- Təəssüratlarım, təbii ki, xoşdur. Məni komandaya baş məşqçi dəvət etmişdilər. Həm də “Kəpəz”in U-12 komandasını çalışdırdığımdan "VT Gəncə"nin heyətində oyunçu kimi meydana çıxdım. Orada məşqi də özüm keçirəm, həm də futbolçu kimi meydana çıxıram. Çoxdandır ki, futbolçu kimi çıxış etmək istəyirdim. Bir ay məşq etdikdən sonra meydana çıxdım. Komandamız bir o qədər də güclü olmayan, gənclərdən ibarət kollektivdir. Rəhbərliklə danışmışıq, komandanı peşəkar liqaya çıxaracağıq. May ayından etibarən yeni kollektiv formalaşdıracağıq.

- “Kəpəz” komandasının Azərbaycan Premyer Liqasında çıxışı bir gəncəli mütəxəssis olaraq sizi qane edir?

- Vəziyyət o qədər də xoşagəlməz deyil. Gəncə klubuna sponsor lazımdır. Gəncə veteranları, azarkeşlər, rəhbərlik daim komandaya dəstək olurlar. “Kəpəz”i Premyer Liqada saxlamağa çalışırıq. Mart ayından sonra klubun sponsorunun olacağı gözlənilir. Bununla bağlı danışıqlar aparılır. Komandaya dəstək olmalıyıq ki, ilk 5 yerdən birini tuta bilsin.

- “Kəpəz”də baş məşqçi dəyişikliyi baş verdi, üstəlik, öz meydanında oynaya bilmir. Bu məqamlar komandanın çıxışına necə təsir göstərir?

- İstərdik ki, ev oyunlarımız Gəncədə baş tutsun. Stadionumuzun yenidən qurulması dövlətimizin qərarıdır. Buna görə dövlət başçısı İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Gəncədə akademiya istifadəyə verildi. Stadion da hazır olandan sonra hər şey yaxşı olacaq. Başqa komandanın stadionunda çıxış etmək bizi qane etmir. Biri var Gəncə stadionuna 3-4 min azarkeş gəlsin, biri də var cəmi 2 avtobus azarkeş başqa bir klubun stadionuna “Kəpəz”ə azarkeşlik etmək üçün getsin. Bununla belə, “Kəpəz” Qəbələdə çıxdığı ev matçlarında olduqca baxım futbol oynayır. Hətta əsas rəqiblərimizdən “Qəbələ”ni məğlub edə bildik.

- “Kəpəz”in cari mövsüm 9-cu pillədə olmasının əsas səbəbkarı kimdir?

- Sponsorun olmaması və zəif maliyyələşmə bu cür nəticələrə gətirib çıxarıb. Komandaya futbolçu gətirmək mümkün deyil. Heyətdəki oyunçular bütün güclərini ortaya qoyurlar. Amma istərdik ki, gələn futbolçular onlardan daha güclü olsunlar.

- “Kəpəz”lə 3 dəfə Azərbaycan çempionu, həmçinin çempionatın bombardiri olmusunuz. Hazırda azərbaycanlı futbolçuların bombardirlər yarışında ön planda olmamasının səbəbini nədə görürsünüz?

- Azərbaycan futbolunda hücumçu çatışmazlığı var. Yerli futbolçular həddindən artıq zəif çıxış edirlər. Uşaq futbolunda inkişaf yoxdur. Durum ürəkaçan deyil. Sponsor və şərait olandan sonra Gəncədə yaxşı hücumçular yetişəcək. Yerli futbolçuların bombardir olmasını mən də istərdim. Hara baxırsan, legionerlər qol vurur, bombardir olurlar. Nə edə bilərik? Yəqin ki, gələcəkdə klublarımız uşaq futbolunun inkişafına daha çox diqqət edəcəklər.

- Azərbaycan Premyer Liqasında cari mövsümü necə dəyərləndirirsiniz?

- “Qarabağ”ı nəzərə almasaq, digər klublar arasında güclü rəqabət var. “Qarabağ” hazırda Azərbaycanın bir nömrəli klubudur. Digər komandalar arasında 3-4 xal fərq var. Çempionatımız çox maraqlı davam edir. Gələcəkdə bundan da maraqlı olmasını istəyirəm. Çempionatda 10 yox, 12-13 komandanın olmasını istərdim.

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Futbol
Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Futbol
Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Ülvi İsgəndərov: “Komanda yoldaşlarım mənə “Semih Şentürk” deyirlər”

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub

Futbol
Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Qətərdə DÇ-2022-nin finalına ev sahibliyi edəcək stadion açılıb

Futbol
"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

Futbol
"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

Futbol
“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub