"Sumqayıt"ın legioneri: Gedişatı dəyişməsək, turnir cədvəlinin aşağı pillələrində olacağıq

"Sumqayıt"ın legioneri: Gedişatı dəyişməsək, turnir cədvəlinin aşağı pillələrində olacağıq

Mövsümün başa çatmasına 11 oyun qalıb, gedişatı tezliklə dəyişməsək, özümüzü turnir cədvəlinin aşağı pillələrində görəcəyik.

Bunu "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Roi Kehat deyib.

31 yaşlı yarımmüdafiəçi evdə "Kəpəz"ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV turunun matçı barədə danışıb: "Bu, yaxşı hazırlaşdığımız qarşılaşmalardan biri idi. Rəqibimiz meydanda kifayət qədər qərarlı deyildi. İlk hissədə bir neçə şansımız oldu. Fərqlənə bilsəydik, nəticə tamam fərqli olardı".

İsraildən olan futbolçu qələbəsizlik seriyasının 4 oyuna çatmasına toxunub: "Bunun müxtəlif səbəbləri var. Məncə, növbəti matçlarda xarakter, əzmkarlıq və aqressivlik göstərməliyik. Çünki belə seriyalardan adətən çətin qələbə ilə çıxırsan. Son nəticələrdən sonra avrokuboklar barədə danışmaq olmaz. Yalnız növbəti görüşə diqqət yetirməliyik".

Qeyd edək ki, "Sumqayıt" XXVI turda "Səbail"in qonağı olacaq. Martın 8-dəki qarşılaşma saat 19:00-da başlayacaq. "Gənclik şəhəri" təmsilçisi hazırda 36 xalla 4-cü pillədə qərarlaşıb. Üçüncü sıradakı "Neftçi" və beşinci yerdəki "Zirə" də eyni xala malikdir.

Futbol
Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Futbol
UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

UEFA "Fənərbağça"nın matçını yüksək riskli oyunların siyahısına salıb

Futbol
Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Türkiyə millisinin baş məşqçisi əməliyyat olunub

Futbol
Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Laurentsiu Regekampf: “Bugünkü məqsədimiz bu deyildi”

Futbol
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub

Futbol
Almaniya klubu "Qarabağ"la oyunlar üçün 6 hücumçu sifariş edib

Almaniya klubu "Qarabağ"la oyunlar üçün 6 hücumçu sifariş edib

Futbol
Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Ukrayna millisində baş məşqçi dəyişikliyi olacaq

Futbol
Azərbaycanın U-19 millisinin Avropa çempionatı üçün yekun heyəti bəlli olub

Azərbaycanın U-19 millisinin Avropa çempionatı üçün yekun heyəti bəlli olub

Futbol
Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Qurban Qurbanov: “Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm”

Futbol
UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

UEFA Çempionlar Liqasında 1/8 finala yüksələnlər məlum olub

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

Futbol
Nqolo Kante dünya çempionatını buraxa bilər

Nqolo Kante dünya çempionatını buraxa bilər