Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasındakı tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları nümayiş olunub.

Gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb: "Yarışlara xoş gəlmisiniz. Bakı 7-ci dəfədir ki, bu turnirə ev sahibliyi edir. Təmsilçilərimiz bu növlərdə uğurlar qazanıblar. Əldə olunan nailiyyətlərə və idmana göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram və Dünya Kubokunu açıq elan edirəm".

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda batut üzrə 32, tamblinqdə 6 ölkə təmsilçiləri çıxış edəcəklər. Ümumilikdə isə 300 idmançı bacarığını göstərməyə çalışacaq.

Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Dünya Kubokunun gümüş mükafatçısı, FIG Kubokunun qalibi Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər. Turnirdə həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy Kuboku" ilə təltif ediləcəklər.

Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb.

Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil etdiyi 7-ci Dünya Kubokudur.
Tamblinq üzrə yarışda Avropa və ikiqat dünya çempionu Mixail Malkin, komanda hesabında dünya çempionları Adil Hacızadə və Tofiq Əliyev, gənclər arasında Avropa çempionatının komanda hesabında bürünc mükafatçısı Bilal Qurbanov çıxış edəcəklər.

Fərdi
Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Dünya çempionatında uğurla çıxış etmiş çimərlik güləşi üzrə milli Vətənə qayıdıb

Fərdi
Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Dünya çempionatı: Azərbaycan şahmatçıları blits növündə mübarizəyə başlayıblar

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın qadın boksçusu Avropa çempionatının finalına yüksəlib

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov ABŞ şahmatçısına uduzub

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"