ASAPES-də beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib

ASAPES-də beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib

"Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar" adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ASAPES-in rektoru Fuad Hacıyev və AMADA-nın icraçı direktoru Təhminə Tağı-Zadə iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib.

Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Fuad Hacıyevə təşəkkür edirəm. Belə tədbirlərin keçirilməsində bizə dəstək olurlar. Xaricdən də qonaqlarımız var. Ümid edirəm ki, hamımız üçün maraqlı keçəcək. Belə konfransların davamlı olmasını istəyirik. Bizim əsas məqsədimiz əhalinin sağlam olmasıdır. Nazirlik bu yöndə müxtəlif tədbirlər görür. İdmanı təbliğ etmək üçün ulduzlar da lazımdır. Həmişə təmiz idmanı seçmişik, belə çevrəmiz var. İdmançılarımız özlərini sağlam hiss edirlər. İdmançılarımız kifayət qədər yaxşı nəticələr əldə ediblər. Olimpiya ilində belə tədbir gerçəkləşib. AMADA-nın icraçı direktoru Təhminə Tağı-Zadəyə də bu cür tədbir üçün təşəkkür edirəm. Hamıya uğurlar arzulayıram".

Daha sonra nitq söyləyən Fuad Hacıyev bildirib ki, ölkəmizdə idman siyasəti vacib amildir: “Bu gün idmanımızda antidopinqə qarşı birgə mübarizə aparırıq. Daim AMADA ilə əməkdaşlıq edərək, idmançılarımızın düzgün maarifləndirilmələri istiqamətində işlər görürük. AMADA ilə memorandum imzalamışıq. Qarşımızda mühüm məsələlər dayanır. Bu, bizim üçün vacibdir. İldə 1700-dən artıq məzun idman sahəsində fəaliyyətə başlayır. Bizim böyük ordumuz təmiz idman ideologiyasının daşıyıcısıdır. İdmanımızı düzgün təşkil edən şəxslər bizim məzunlarımızdır”.

Təhminə Tağı-Zadə qonaqları salamlayıb və onların tədbirdə iştirakının əhəmiyyətindən bəhs edib: "Bu gün məsuliyyətli müzakirələr keçirəcəyik. Dopinqə qarşı mübarizədə birgə səylərin əhəmiyyətini vurğulamaq üçün toplaşmışıq. İdmançılar üçün ədalətli şərait yarada bilərik. Konfransın təşkilində dəstək göstərən hər kəsə təşəkkür edirəm. Onlar əllərindən gələn dəstəyi əsirgəməyiblər".

AMADA İdmançılar Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev çıxışı zamanı vurğulayıb ki, o, hər zaman təmiz qələbələr qazanmağa çalışıb: “Azərbaycan idmançıları daim ədalətli və düzgün qalibiyyətin tərəfdarı olublar. Mən özüm də bir çox Paralimpiya Oyunlarının iştirakçısı və mükafatçısı olmuşam. Hazırda Fransada keçiriləcək Paralimpiya Oyunlarına hazırlaşıram. Sonuncu Paralimpiya Oyunlarının 2020-ci ildə keçirilməsi gecikdirildi. Bir çoxları buna mənfi hal kimi yanaşa bilər. Amma düşünürəm ki, həmin illərdə bizim müzəffər ordumuz böyük qələbəmizi qazandı. Bu tarixi qalibiyyətimiz bütün idmançılara böyük ruh yüksəkliyi verdi”.

Rəsmi çıxışlardan sonra konfrans açıq elan edilib.

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Cüdo üzrə milli yığmanın baş həkimi Avropa Cüdo Birliyinin Tibb Komissiyasının üzvü seçilib

Fərdi
2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

2036-cı ildə keçiriləcək olimpiada üçün müraciət edən ölkələrin sayı açıqlanıb

Fərdi
Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Fərdi
Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Fərdi
Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib

Paris-2024: UWW təsnifat sistemi ilə bağlı dəyişiklikləri təsdiqləyib