Zirkzee “Mançester Yunayted”dən ayrılır
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Coşua Zirkzee karyerasını İtaliyada davam etdirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu “Napoli”yə keçidlə bağlı razılıq əldə edib.
Transferin yanvar ayında reallaşacağı gözlənilir.
Zirkzee ilə İtaliyanın digər klubu “Yuventus” da maraqlanır. Lakin onun Neapol təmsilçisinə keçidində keçmiş komanda yoldaşları Rasmus Hoylund və Skott Maktominey mühüm rol oynaya bilərlər. Hər iki futbolçu əvvəllər “Mançester Yunayted”də çıxış edib və hazırda “Napoli”nin formasını geyinir.
Qeyd edək ki, 25 yaşlı Zirkzee cari mövsümdə “Mançester Yunayted”in heyətində 5 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Tərəflər arasında klublararası razılaşma hələ rəsmiləşməyib.

https://qelebe.az//uploads/photo/zirkzee-manchester-yunaytedden-ayrilir.webp