AFFA UEFA-nın təyin edəcəyi başqa federasiya ilə təcrübə mübadiləsi apara bilər

AFFA UEFA-nın təyin edəcəyi başqa federasiya ilə təcrübə mübadiləsi apara bilər

AFFA UEFA-nın təyin edəcəyi başqa federasiyası ilə təcrübə mübadiləsi apara bilər.

Bu barədə "QELEBE.AZ"a milli assosiasiyanın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov açıqlamasında bildirib.

Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar haqqında danışan qurum rəsmisi burada 19 ölkədən nümayəndələrin iştirak etdiyini söyləyib: "İki gün ərzində bir neçə mövzunu müzakirə etmişik. İlk olaraq Niderlandda Lisenziyalaşdırma sistemi ilə tanış olduq, prezentasiyanı dinlədik. Növbəti mövsümdən etibarən gözlənilən dəyişikliklər barədə müzakirələr aparıldı. UEFA klubların maliyyə vəziyyəti ilə bağlı hesabat təqdim edib. Seminarda da bununla bağlı məlumatlar verildi. Lisenziar və lisenziya iddiaçısı arasında kommunikasiyalar haqqında fikirlər səsləndirildi. Şotlandiya nümayəndəsi öz prezentasiyanı təqdim etdi və bunu müzakirəyə çıxardıq".

Elçin Məmmədov UEFA-nın yeni təcrübə mübadiləsi proqramı haqqında da məlumat verib: "Yaxın aylarda milli assosiasiyalar klubların lisenziyalaşdırılması mövzusunda bir-biri ilə təcrübə mübadiləsinin aparılması ilə bağlı UEFA-ya müraciət edə biləcək. Lisenziarların maraqları, ölçüləri və cari vəziyyətini təhlil edərək, UEFA bir yerdə çalışacaq federasiyaları təyin edəcək. Seminarda sonuncu mövzu lisenziar olan milli assosiasiyaların sertifikasiyası olub. Bildiyiniz kimi, hər il bizi müstəqil auditor yoxlayır. Bununla bağlı müzakirələr aparıldı, ötən mövsümdə sertifikat ala bilməyən federasiyalardakı çatışmazlıqlar barədə danışıldı".

Futbol
Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Premyer Liqa: "Qarabağ" "Zirə", "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Futbol
"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

Futbol
"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt" Rusiya klubu ilə qarşılaşacaq

Futbol
"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

Futbol
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Futbol
“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

Futbol
"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

"Araz Naxçıvan" 5 oyunçusu ilə vidalaşıb

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı

Mərakeş qrup lideri oldu, dünya üçüncüsü mundialla vidalaşdı