Azərbaycan Gimnastika Federasiyasının 14-cü Ümumi Yığıncağı keçirilib

Azərbaycan Gimnastika Federasiyasının 14-cü Ümumi Yığıncağı keçirilib

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 14-cü Ümumi Yığıncağı keçirilib.

AGF-dən "Report"a verilən məlumata görə, hesabat xarakterli yığıncaqda AGF-nin İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya üzvləri və nümayəndələri eləcə də gimnastika növləri üzrə yığma komandaların məşqçiləri və gimnastları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, AGF-nin İcra Komitəsinin üzvü Rauf Əliyev, yığıncaq iştirakçılarını salamlayaraq, idmana və idmançılarımıza daim diqqət və qayğı göstərən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.

Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra ümumi yığıncağın protokolu və gündəliyi təsdiqlənib.

İclasda federasiyanın baş katibinin 2023-cü ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, paytaxtımızda keçirilən beynəlxalq yarışlar, bölgələrdə yeni gimnastika bölmələrinin fəaliyyəti və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı video formatda təqdim olunub.

Yığıncaqda AGF-nin ötən il üzrə maliyyə hesabatı da dinlənilib. AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək 2023-cü ilin gimnastlarımız üçün uğurlu il olduğunu, qarşıda təmsilçilərimizi daha bir məsuliyyətli Olimpiya ilinin gözlədiyini bildirib.

M. Vasileva gimnastika sahəsində əldə olunan nailiyyətlərin Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kafedra müdiri Qyurka Qançeva AGF və ADBTİA arasında mövcud olan uğurlu əməkdaşlıqdan söz açaraq, qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

AGF-nin Veteranlar Şurasının sədri Elşad Nərimanov veteran gimnastların da federasiya rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Daha sonra 2023-cü ildə gimnastika sahəsində nailiyyət qazanmış idmançılara xatirə medalları təqdim olunub.
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının qalibi Kamilla Əliyeva, İngiltərənin Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatınınkomanda hesabında qalibləri Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) AGF-nin gümüş medalı ilə təltif olunublar.

Ümumi Yığıncaq rəsmi bağlanışla işini yekunlaşdırıb.

Fərdi
IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

IBA Rusiya və Belarus boksçularının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı ləğv edib

Fərdi
Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Bakıda keçiriləcək para-cüdo üzrə Dünya Çempionatının püşkü atılıb

Fərdi
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb

Fərdi
Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

Fərdi
Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb

Fərdi
Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Fərdi
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu yenidən artırılıb

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib