Klublar Komitəsi işçi qrupunun yaradılmasını qərara alıb

Klublar Komitəsi işçi qrupunun yaradılmasını qərara alıb

Klublar Komitəsi işçi qrupunun yaradılmasını qərara alıb.

Bu barədə “Report”a qurumun sədri Maqsud Adıgözəlov məlumat verib.

Futbol funksioneri bildirib ki, iki gün əvvəl baş tutan iclasda akademiyaların direktorlarının və AFFA əməkdaşlarının daxil olacağı işçi qrupunun yaradılması məqsədəuyğun bilinib.

“Sabah” klubunun prezidenti Azərbaycan Premyer Liqasında legioner limitinin dəyişdirilməsi məsələsinin də müzakirə olunduğunu əlavə edib: “Əcnəbi oyunçular üçün tətbiq olunan limitin 8+3 qaydasına əsasən müəyyənləşdirilməsi məsələsi müzakirə edildi. Bu qərarın ölkə futbolunun inkişafına necə müsbət təsir edə biləcəyi nəzərdən keçirildi. Müzakirə zamanı klubların müxtəlif fikirlərə malik olduqları müəyyənləşdi. Qərara alındı ki, hər klub öz mövqeyini tez bir zamanda dəqiqləşdirsin və yalnız bundan sonra ümumi təklif irəli sürülsün”.

Maqsud Adıgözəlovun sözlərinə görə, iclas zamanı klublar arasında yaşı 18-dən aşağı olan futbolçuların transferi mövzusu da gündəmə gətirilib: “Bəzi hüquqi məsələlərlə bağlı suallar ortaya çıxdı ki, federasiya bunun yaxın vaxtlarda təhlil olunacağını vəd etdi”.

Klublar Komitəsinin sədri iclasda iştirak edən AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəyin ofsayd sisteminin necə işlədiyini ətraflı izah etdiyini vurğulayıb: “Hakimliyin keyfiyyəti mövzusuna da toxunuldu. Razılığa gəlindi ki, klublar matçlardan sonra hakimlər briqadasının öz aralarında olan danışıqların səsyazmalarını dinləmək imkanı əldə etsinlər. Lakin bu, yalnız komandaların öz oyunları üçün keçərli olacaq”.

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

"Neftçi"nin sabiq prezidenti Serbiya millisinin oyununa təyinat alıb

Futbol
"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan xaric edilə bilər

Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan xaric edilə bilər