“Qarabağ”ın baş məşqçisi Tomas Tuxel və Yulian Naqelsmannı nümunə göstərib

“Qarabağ”ın baş məşqçisi Tomas Tuxel və Yulian Naqelsmannı nümunə göstərib

“Qarabağ”ın U-15 komandasının yeni baş məşqçisi Vüqar Əsgərli almaniyalı həmkarları Tomas Tuxel və Yulian Naqelsmannı nümunə göstərib.

39 yaşlı mütəxəssis “Report”a açıqlamasında bildirib ki, hər bir məşqçi həm əsas komandada, həm də akademiyada çalışmağı bacarmalıdır.

2022/2023 mövsümündə Premyer Liqada “Şamaxı”nın baş məşqçisi olan Vüqar Əsgərli “Qarabağ”ın akademiyasına təyinat almasını normal qarşılayıb. O, Avropada belə halların tez-tez yaşandığını söyləyib: “Avropaya çox gedirəm, klubların akademiyalarında oluram. Kifayət qədər beynəlxalq təcrübəm var. Ən çox diqqətimi çəkən amillərdən biri, məsələn, Bundesliqada işləyən bir mütəxəssisin bir ildən sonra akademiyada çalışmasıdır. Yəni Avropa ölkələrində məşqçilər bir yerdə qalmır, daim özlərini inkişaf etdirirlər. Tomas Tuxel vaxtilə U-15, Yulian Naqelsmann U-15 və U-17-də işləyib. Özümə də maraqlı gəlirdi ki, bir nəfər necə əsas komandada çalışır, sonra akademiyaya yollanır. Görünür, bu məqam məni həvəsləndirib. Adətən baş məşqçinin fitnessdən xəbəri olmur. Ancaq mən hərtərəfli öyrənməyə çalışıram ki, sabah özümə məşqçi korpusu yığanda fitness məşqçisindən, analitikdən nə istədiyimi bilim. Bəlkə də əsas üstünlüyüm AFFA-da təlimatçı işləməyim olub. Orada 3 ilə yaxın Aslan Kərimovun yanında çalışmışam”.

“Qarabağ”a qayıtmasına münasibət bildirən gənc çalışdırıcı bu işin öhdəsindən gələcək təcrübədə olduğunu vurğulayıb: “Qarabağ” Akademiyasının koordinatoru Aftandil Hacıyevdən təklif aldım. Oturub danışdıq, razılaşdıq. Müqavilə müddəti yaya kimi nəzərdə tutulub. U-15 “Qarabağ” akademiyasının hədəf qrupu, ən yaxşı komandalarından biri sayılır. Bildirdilər ki, yayda başqa təkliflərim olsa, danışıq apara bilərəm. Başqa təklif olmasa belə, “Qarabağ” Akademiyasında qalıb, uzun müddət çalışmağımda problem olmayacağını bildirdim. Həm də “Qarabağ” mənə yad deyil. 2017-2018-ci illərdə bu klubun U-17 və U-19 komandalarında çalışmışam”.

Böyük futbolla uşaq futbolunu müqayisə edən V.Əsgərli aradakı fərqi də açıqlayıb: “Məşqçi hər yaş qrupunda işləməyi bacarmalıdır. Kimsə “mən böyük komandanın və ya akademiyanın baş məşqçisiyəm” düşüncəsində olmamalıdır. Hər biri barədə məlumatımız olmalıdır. Fərq ondadır ki, uşaqlar daha həssas olurlar. Məşq metodu, demək olar ki, eynidir. Sadəcə, yeniyetmələrlə daha çox ünsiyyətdə olmalı, peşəkarlığı başa salmalısan. Uşaqlar üçün bu yaşda ən vacibi nizam-intizamlı olmaqdır. Məhz belə amillərə görə böyük futbolda Avropa ilə ayaqlaşa bilmirik”.

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
Şota Arveladze istefaya göndərilib

Şota Arveladze istefaya göndərilib

Futbol
Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Riçard Almeyda: "Almaniyaya gəzinti üçün gəlməmişik" - MÜSAHİBƏ

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar

"Qarabağ", "Sabah" və "Neftçi"nin legionerləri yoldaşlıq görüşlərində meydana çıxıblar

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

La Liqa: "Sevilya" "Valensiya" ilə heç-heçə edib

Futbol
"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb