“Qarabağ”ın hücumçusu dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb - ARAŞDIRMA

“Qarabağ”ın hücumçusu dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb - ARAŞDIRMA

“Qarabağ”ın futbolçusu Juninyo Olavio 2023/2024 mövsümündə milli çempionatlarda vurulan qol sayına görə, dünyanın ən məhsuldar 60 bombardiri sırasına düşüb.

“QELEBE.AZ”un araşdırmasına görə, braziliyalı hücumçu Azərbaycan Premyer Liqasında vurduğu 13 qolla bunu reallaşdırıb.

27 forvard hazırda planetin ən məhsuldar oyunçuları arasında 42-58-ci pillələrini bölüşdürür. Onunla eyni göstəriciyə malik olanlardan biri də İspaniyanın “Atletiko” klubunda çıxış edən Alvaro Moratadır.

Maraqlıdır ki, Son Xın Min (“Tottenhem”, İngiltərə - 12 qol), Mauro İkardi (“Qalatasaray”, Türkiyə - 12), Antuan Qrizmann (“Atletiko”, İspaniya – 11), Duşan Vlahoviç (“Yuventus”, İtaliya – 11), Olivye Jiru (“Milan”, İtaliya – 10) kimi ulduz futbolçular Juninyodan geri qalırlar.

Cari mövsümün ən məhsuldar oyunçuları Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn və Kambocanın “Svay Rinq” klubunda çıxış edən Markus Haberdir. Hər iki forvardın hesabında 22 qol var. Onları 20 qolla Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında oynayan Kriştianu Ronaldu izləyir.

Qeyd edək ki, Juninyo Olavio bu mövsüm bütün turnirlər daxil olmaqla “Qarabağ”ın heyətində 31 oyunda 16 qol vurub.

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

"Qarabağ"ın rəqibi aşağı liqa klubuna uduzaraq Almaniya Kuboku ilə vidalaşıb

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

Sergey Kleşenko: "Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək"

Futbol
Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Millətlər Liqası: Ukrayna yığması böyük hesabla uduzub

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

"Real Madrid"in yetirməsi "Atletiko"ya icarəyə verilib

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Almaniyalı futbolçu: "Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı bitirəcəyəm"

Futbol
Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Milan Obradoviç adının "Neftçi" ilə hallanmasına münasibət bildirib

Futbol
İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub