İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO

İstanbul ağrısı, Afina zəfəri – “Milan”dan xüsusi forma - FOTO

"Milan" 2026/2027 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Apasport.az xəbər verir ki, İtaliya klubu yeni dəstin təqdimatında "İstanbuldan sonra hər zaman Afina var" (Dopo Istanbul, c'è sempre Atene) şüarından istifadə edib.

Bu ifadə UEFA Çempionlar Liqasının iki tarixi finalına istinad edir. "Milan" 2005-ci ildə İstanbulda keçirilən finalda "Liverpul"a 3:0 hesablı üstünlüyünü əldən verərək penaltilər seriyasında məğlub olmuşdu. İki il sonra isə Afinada yenidən eyni rəqiblə qarşılaşan "rossonerilər" 2:1 hesablı qələbə qazanaraq Çempionlar Liqasının qalibi olmuşdu.

Qeyd edək ki, "Milan"ın yeni səfər forması ənənəvi ağ rəngdə hazırlanıb və qırmızı-qara detallarla tamamlanıb.