Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib

Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti seçilib.

“QELEBE.AZ” xəbər verir ki, qurumun 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbirində prezident, eləcə də vitse-prezidentlər və İdarə Heyəti üzvləri ilə bağlı seçki keçirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasilevanın da iştirak etdiyi 2023-cü ilin yekunlarına həsr olunan tədbirdə əvvəlcə ARAF-ın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.

Daha sonra il ərzində əldə edilmiş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.

Elçin Quliyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün idman növlərinə, o cümlədən atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsas prioritet məsələ olduğunu bildirib.

Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.

Gənclər və idman naziri Fərid Qayıbov isə atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Nazir çıxışının sonunda yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Rəşad Rəsullu: "2022-ci ili Azərbaycan cüdosu üçün yaxşı qiymətləndiririk"

Fərdi
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Paracüdo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər