Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

"Elmar Qasımov Parisdəki Böyük Dəbilqədə də güləşəcək. Həmin şansdan istifadə etməlidir. Əks halda karyerası ilə bağlı qərar verməlidir ki, nə istəyir".

Bunu "Report"a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu milli komandanın üzvü Elmar Qasımov (100 kq) barədə danışarkən deyib.

O bildirib ki, bu il Fransanın paytaxtında keçiriləcək yarış çox suala aydınlıq gətirəcək: "Özünü yaxşı tərəfdən göstərməlidir. Məsələ təkcə medaldan getmir. Hazırlığı, çıxışı da önəmli olacaq. Məşqçilər heyəti görməlidir ki, işıq var".

ACF rəsminin sözlərinə görə, Qasımovda bir çox cüdoçuda olmayan potensial var: "Təəssüf ki, potensialını tam aça bilməyib. Rio Olimpiadasında 2-ci yeri tutduqdan sonra ən azı bu nəticəni təkrarlamaq üçün idmançı kimi lazımi qədər səy göstərmir. Bunun səbəbini ilk növbədə özündə axtarmalıdır. Xüsusilə son 1 ildə".

Rəsullu "Sizcə, Paris olimpiadasına Zelim Kotsoyev, yoxsa Elmar Qasımovun getmək şansı daha böyükdür" sualına bu cür cavab verib: "Baş katib kimi mənim nəsə deməyim düzgün olmaz. Nəticələrə baxsanız, özünüz hər şeyi görərsiniz. Amma çox şey Elmarın özündən asılıdır. Ötən il bir çox yarışa göndərsək də, yeganə nəticəsi Antalyadakı Böyük Dəbilqədə 3-cü yer oldu".

Baş katib Qasımovun istənilən formada çıxış etməməsinin "ulduz xəstəliyi" ilə bağlı olmadığını vurğulayıb: "Elmar elə insan deyil. Onda elə xüsusiyyət yoxdur. Məsələ peşəkarlıqla bağlıdır. Video çəkib-çəkmədiyini deyə bilmərəm. Siz baxa bilərsiniz (gülür). Həmin video da çox şişirdilmiş məsələ idi. Cüdoda bu cür hallara yaxşı yanaşmırlar. Kütləvi İnformasiya Vasitələri bunu işıqlandırırlar. Amma hərdən sosial şəbəkələrdə çox şişirdilir. Təbii, etdiyi hərəkət səhv idi".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov qalib gəlib, digər 3-ü uduzub

Fərdi
Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Azərbaycan karateçisi: "Bakıdakı yarışda qalib gəlməklə özümü sübut etdim"

Fərdi
Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Fərdi
Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Zəngilanda "Zəfər Yürüşü" turnirində duatlon yarışının qalibi bəlli olub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO