“Liverpul” Liqa Kubokunun finalına çıxıb

“Liverpul” Liqa Kubokunun finalına çıxıb

İngiltərə Liqa Kubokunun ikinci yarımfinal matçının cavab qarşılaşmasında “Fulhem” “Liverpul”u qəbul edib.

“QELEBE.AZ” xəbər verir ki, oyun paytaxt Londonda, “Kreyven Kottec”də baş tutub.

Saymon Huperin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi oyunun birinci hissəsində “qırmızılar”ın üstünlüyü cüzi olsa da, Yürgen Kloppun yetirmələri buna hesabda əks etdirə biliblər: 11-ci dəqiqədə kolumbiyalı Luis Dias “Liverpul” akademiyasının yetirməsi Carell Kuansanın ötürməsini qola çevirib. Erkən qola baxmayaraq, “yaylaqçılar” “Liverpul” qarşısında müdafiəyə qapanmayıb və ara-sıra kəsərli hücumlar həyata keçirib. İlk yarıda Mersisayd təmsilçisinin qapı çərçivəsinə endirdiyi 3 zərbəyə londonlular 2 zərbə ilə cavab verib. Bununla belə, ilk 45 dəqiqədə hesab dəyişməyib – 0:1.

Oyunun ikinci hissəsi “Liverpul”un hücumları ilə başlasa da, qola birinci ən yaxın “Fulhem” olub: 53-cü dəqiqədə Andreas Pereyranın zərbəsi dirəyə tuş gəlib. Dərhal əks-hücuma keçən “qırmızılar” isə rəqib müdafiəsi qarşısındakı ikinin-birə üstünlüyə baxmayaraq, almaniyalı qapıçı Bernd Leno komandasını xilas edib. Cəmi beş dəqiqə sonra Leno bu səfər uruqvaylı Darvin Nunyesin təhlükəli zərbəsinin öhdəsindən gəlib. Oyunun sonlarına doğru “Fulhem”in çoxsaylı cəhdləri öz bəhrəsini verib: 77-ci dəqiqədə fransalı İssa Diop qapıçı Kelleheri məyus edib. Ona məhsuldar ötürməni isə “Liverpul”un yetirməsi Harri Vilson edib. 80-ci dəqiqədə Vilson özü də keçmiş komandasına qol vurmağa yaxın olsa da, qapıçı zərbəni dəf edib. Oyunun qalan vaxtı qarşılıqlı hücum şəraitində keçib, lakin heç bir tablodakı hesabı dəyişə bilməyib – 1:1, “Liverpul” 14-cü dəfə turnirin finalına vəsiqə qazanıb.

Xatırladaq ki, “Fulhem” və “Liverpul” arasında keçirilmiş yarımfinal matçının ilk oyunu yanvarın 11-də Liverpulda, “Enfild” stadionunda baş tutub. Həmin oyunda “ağlar” erkən qol vuraraq hesabda irəli çıxsa da, üstünlüklərini qoruya bilməyiblər. “Liverpul” 68 və 71-ci dəqiqələrdə Körtis Cons və Kodi Qakponun qolları ilə matçın taleyini həll edib – 2:1.

Turnirin digər yarımfinal oyununun sonucu isə artıq bəllidir. “Çelsi” cavab qarşılaşmasında Çempionşip (səviyyəcə ikinci liqa) təmsilçisi “Midlsbro”nu 6:1 hesabı ilə darmadağın edərək adını finala yazdırıb. Birinci matçdan “Boro” minimal fərqlə qalib ayrılmışdı – 1:0.

İngiltərə Liqa Kubokunun finalı fevralın 27-də Londondakı “Uembli” stadionunda oynanılacaq.

1/2 final matçlarında VAR-dan istifadə edilməyib.

Qeyd edək ki, daha öncə 2021/2022 mövsümündə eyni komandaların iştirakı ilə Liqa Kubokunun final matçı keçirilib. Həmin oyunun əsas və əlavə edilmiş vaxtı bərabərə bitib – 0:0. Penalti seriyasında isə “skauzlar” daha dəqiq olublar – 11:10. Beləliklə, “Liverpul” doqquzuncu dəfə bu kuboka sahib olub. “Qırmızılar” sözügedən turnirdə kubok sayına görə İngiltərədə birincidirlər.

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

"Mançester Siti" gələn yay Messini transfer etmək istəyir

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava olub, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"

Murad Musayev: "İlk hissədə öz oyunumuzu göstərə bilmədik"

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Futbol
Belçikadan minimal hesablı qələbə -

Belçikadan minimal hesablı qələbə -

Futbol
Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Azərbaycan çempionu 6 yeni futbolçu transfer edib

Futbol
"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar

"Barselona"nın keçmiş rəsmiləri Messini siçovul adlandırıblar