Namik Ələskərov: "İnanıram ki, Türkiyədəki hazırlığın müsbət nəticəsini görəcəyik " - MÜSAHİBƏ

Namik Ələskərov: "İnanıram ki, Türkiyədəki hazırlığın müsbət nəticəsini görəcəyik " - MÜSAHİBƏ

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran "Sabah" klubunun futbolçusu Namik Ələskərov "QELEBE.AZ"un suallarını cavablandırıb.

Fevralın 3-də 29 yaşı tamam olacaq yarımmüdafiəçi hazırlıq prosesi, keçirdikləri yoxlama oyunları və cari mövsümdəki hədəfləri haqqında danışıb.

- Türkiyədəki təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?
- Yanvarın 4-dən burada idik. Bütün oyunçular var qüvvələri ilə mübarizə apardılar. Hamı çempionatın ikinci yarısına tam hazır olmaq üçün məşqlərdə böyük həvəslə çalışdı. Toplanışda məşqçilər korpusu mövsümün ilk yarısında yol verdiyimiz səhvlər barədə bizi ətraflı məlumatlandırdılar. İnanıram ki, Türkiyədəki hazırlıq komandamızın xeyrinə olacaq və bunun müsbət nəticəsini görəcəyik.

- Qonşu ölkədə Rumıniyanın “Rapid” komandasına (2:1) qalib gəlsəniz də, Ukrayna təmsilçisi “Vorskla”ya (0:3) uduzdunuz. Bu matçlar haqqında nə deyə bilərsiniz?

- Fikrimcə, hər iki matç bizim üçün faydalı oldu. Uduzduğumuz qarşılaşmada da bir neçə qol şansımız oldu. Bu cür görüşlərdə nəticə vacib deyil. Əsas olan komandadakı çatışmazlıqları görməkdir. Məncə, bu baxımdan hər ikisi faydalı oldu.

- Premyer Liqada mövsümün ilk yarısı heç də istədiyiniz kimi keçməyib. Bunun əsas səbəbini nədə görürsünüz?

- Komanda olaraq yaxşı oynadığımız matçlardan da istədiyimiz nəticə ilə ayrıla bilmədik. Mövsümün əvvəlində heyətə yeni futbolçular cəlb edilmişdi. Məncə, uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyac var idi. Düşünürəm ki, bu proses müsbət yöndə inkişaf edir.

- Çoxları komandanı "Qarabağ"la birlikdə çempionluq mübarizəsində əsas favorit hesab edirdi. Amma alınmadı. Sizcə, təcrübəsizlik rol oynadı?
- İnsanların bizim barəmizdə müsbət fikirdə olması xoşdur. Əlbəttə, ötən mövsümdən sonra bu cür gözləntinin olması bəlkə də normaldır. Lakin biz həmişə konkret hansısa pillədə qərarlaşmaqdan daha çox oyundan-oyuna inkişaf etmək və növbəti matçlarda qələbə qazanmaq barədə düşünürük. Bu, ötən mövsümdə də belə idi, indi də belədir. İnanıram ki, tezliklə azarkeşlərin inamını doğrulda biləcəyik.

- "Sabah" cari mövsümdə yalnız avrokuboklara vəsiqə haqqında düşünür?

- Biz hər növbəti görüşümüzdən müsbət nəticə ilə ayrılmaq və matçdan-matça artırmaq istəyirik. Əsas olan öz oyunumuzu sərgiləməkdir. Nəticənin necə olacağını isə birlikdə görəcəyik.

- XIX turda sabiq komandan "Neftçi" ilə üz-üzə gələcəksiniz. Bu görüşdəki qələbə sizdə özünəinamı artıra bilər?
- Maraqlı qarşılaşma olacaq. İstənilən rəqib üzərində qalibiyyət komandada özünəinamın artmasına səbəb olur.

- Son olaraq milli komandadan söz açaq. Yığmanın sabiq baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində sizə çox şans vermədi. Yalnız iki oyunda meydana çıxdınız. Sizcə, səbəb nə idi?

- Bu, məşqçinin qərarıdır. Mənim işim futbol oynamaq, klubumda özümü ən yaxşı şəkildə göstərməkdir. Millidə forma geyinmək hər futbolçu üçün fəxrdir. Məndə də belədir. Bundan sonra nə vaxt dəvət alsam, əlimdən gələn köməyi etməyə hazıram.

Futbol
"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

Futbol
Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Qurban Qurbanov: "İlin məşqçisi seçilmək məsuliyyətimi daha da artırır"

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Futbol
“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” əzəli rəqibinə qalib gəlib

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Tərlan Əhmədov: “Baş verənlərdən sığortalanmamışıq”

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırılıb

Futbol
"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb

DÇ-2022: İspaniya - Almaniya matçında hesab açılıb