“Kəpəz”in yeni transferi: “Komandanı çətin vəziyyətdən çıxarmaq istəyirik”

“Kəpəz”in yeni transferi: “Komandanı çətin vəziyyətdən çıxarmaq istəyirik”

“Komandanı çətin vəziyyətdən çıxarmaq istəyirik”.

“Report” xəbər verir ki, bunu “Kəpəz”in qış fasiləsində heyətinə cəlb etdiyi Amil Yunanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

30 yaşlı futbolçu yeni komandasında əlindən gələni edəcəyini söyləyib: “Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər. Bura gəldiyim üçün xoşbəxtəm. Burada yaxşı kollektiv var. Klub üçün faydalı olacağıma inanıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Gəncəli azarkeşlərdən istəyim budur ki, bizə dəstək olsunlar”.

Əvvəlki klubu “Səbail”də az oyun imkanı qazandığını bildirən hücumçu Gəncə təmsilçisində daha uğurlu olacağına inanır: “Əvvəlki komandamda az oyun şansı əldə edirdim. “Kəpəz”də daha uğurlu çıxış edəcəyimə inanıram. Baş məşqçi Adil Şükürovun dəvəti ilə bura gəlmişəm. Əvvəlki formamdan daha yaxşı olmaq istəyirəm”.

A.Yunanov digər hücumçularla rəqabət aparmağa hazır olduğunu vurğulayıb: “Hər bir futbolçu üçün rəqabət çox yaxşıdır. Rəqabətsizlik mühitində futbolçu rahatlaşır. Məşqlərdə, oyunlarda əlimdən gələni edəcəyəm ki, əsas heyətə düşüm”.

Qeyd edək ki, Amil Yunanov mövsümün ilk yarısında “Səbail”in heyətində 12 oyunda 182 dəqiqə meydanda olub.

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

"Neftçi"nin sabiq baş məşqçisi yenidən "Şerif"in sükanı arxasına keçib

Futbol
Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Futbol
“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb

Futbol
İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

İspaniya KİV: Ronaldu yenidən “Real Madrid”də məşq edir

Futbol
Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinada bir matçda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub