Sea Breeze 2026 Beach Polo turniri sentyabrın 11-də başlayacaq, 4 komanda iştirak edəcək - VİDEO

Sea Breeze 2026 Beach Polo turniri sentyabrın 11-də başlayacaq, 4 komanda iştirak edəcək - VİDEO

Çimərlik Polosu See Breeze 2026 turniri 11–13 sentyabr 2026-cı il tarixlərində Sea Breeze Resort ərazisində, Havana Beach-də keçiriləcək.

APA xəbər verir ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və Sea Breezedir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda iştirak edəcək.

Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.

Turnir çərçivəsində 11, 12 və 13 sentyabr tarixlərində hər gün saat 16:00-dan etibarən 2 polo oyunu keçiriləcək.

Komandaların hansı gün və hansı rəqiblə qarşılaşacağı oyunlardan bir gün əvvəl keçiriləcək püşkatma əsasında müəyyənləşdiriləcək.

Beach Polo formatında hər oyun 4 hissədən – çukkerdən ibarətdir. Hər çukker təxminən 7 dəqiqə davam edir. Fasilələr nəzərə alınmaqla bir oyunun ümumi müddəti təxminən 30–40 dəqiqə təşkil edir. Hava şəraiti və temperaturdan asılı olaraq oyunların müddətində və proqramda müəyyən dəyişikliklər edilə bilər.

Turnirin final oyunu 13 sentyabr saat 16:00-da keçiriləcək. Final oyunundan sonra qaliblərin mükafatlandırılması və kubokun təqdim edilməsi mərasimi təşkil olunacaq.

Tədbir çərçivəsində idman proqramı ilə yanaşı, tamaşaçılar üçün DJ proqramı və əyləncə elementləri də nəzərdə tutulur. Turnirə giriş bilet əsasında həyata keçiriləcək və üç gün ərzində ümumilikdə təxminən 500 tamaşaçının iştirakı gözlənilir.

Turnirin oyunları İdman TV tərəfindən canlı yayımlanacaq. Bununla yanaşı, beynəlxalq polo auditoriyasına yönəlmiş Polo Line internet kanalı da tədbirdə iştirak edərək turnirin media işıqlandırılmasına və polo ictimaiyyətinə çatdırılmasına töhfə verəcək.

Çimərlik Polosu See Breeze 2026 Azərbaycanın atçılıq idmanının yeni və dinamik formatda təqdim olunması, beynəlxalq polo icması ilə əlaqələrin genişləndirilməsi, ölkənin polo və atçılıq mədəniyyətinin təbliği, eləcə də Azərbaycanın beynəlxalq idman tədbirlərinin keçirilməsi üzrə potensialının nümayiş etdirilməsi baxımından əhəmiyyətli tədbir kimi nəzərdə tutulur.

Digər növlər
AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

AMADA “Zəfərin övladları” adlı tədbir keçirib - FOTOLENT

Digər növlər
AMADA il ərzində 1456 test götürüb

AMADA il ərzində 1456 test götürüb

Digər növlər
Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan idmançıları Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında iştirak edir

Digər növlər
"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

"Formula-1": Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb

Digər növlər
Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ

Digər növlər
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə

Digər növlər
Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Digər növlər
Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək

Digər növlər
Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Qlobal idman reytinqində Azərbaycanın yeri açıqlanıb

Digər növlər
İli ən çox qazancla başa vuran idmançı bəlli olub

İli ən çox qazancla başa vuran idmançı bəlli olub

Digər növlər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi məlum olub - FOTO

Digər növlər
Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO

Misirdə basketbol matçında tribuna çöküb, 27 nəfər xəsarət alıb - VİDEO