AMADA 2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edib

AMADA 2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edib.

AMADA-dan "QELEBE.AZ"a verilən məlumata görə, bunlardan 5-i idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu, atlet tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadəyə cəhd antidopinq qayda pozuntusu, 1-i idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək, 1-i isə məkan məlumatı pozuntusu olub.

Belə ki, triatlon növündə 3, boksda, pauerliftinqdə, kikboksinq və cüdoda 1 qayda pozuntusuna rast gəlinib.

Cari ildə AMADA-nın təhqiqat şöbəsi 54 məsələ barədə araşdırma aparıb. Bunlardan 16-sı antidopinq qayda pozuntusu, 38-i məkan məlumatı xətası olub. Məkan məlumatı xətasından 3-ü məkan məlumatının təqdim edilməməsi, 35-i isə buraxılmış testdir.

Hesabat dövründə idmançılardan 1100 antidopinq testi götürülüb və hazırda milli test proqramı ilin sonuna qədər davam edəcək. Milli test proqramının yekun sayı cari il dekabrın 30-da müəyyənləşəcək. Test bölüşdürmə planı 26 idman növünü və 51 yarım növü əhatə edir. 35 milli yarışda test etmə keçirilib, 11 beynəlxalq yarışda nümunə toplamaq AMADA-ya həvalə olunub. Testlərin 96,4 faizi Bakıda, 1,6 faizi bölgələrdə, 2 faizi isə dünyanın digər şəhərlərində götürülüb. Ümumi test olunan idmançı sayının 18 faizini azyaşlı, 7 faizini isə məhdud imkanlı idmançılar təşkil edir.

Ümumilikdə il ərzində 3000 nəfəri əhatə edən 52 maarifləndirmə seminarı, 17 vebinar, 6 kütləvi təşviqat tədbiri və 5 tədbir keçirilib. AMADA cari ildə Keniya, Yaponiya, Bolqarıstan milli antidopinq təşkilatları, Avropa Həndbol və Beynəlxalq Atıcılıq İdmanı federasiyaları, Dünya Hərbi İdman Şurası ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalayıb.

İl ərzində AMADA-nın əməkdaşları Ümumdünya Antidopinq Agentliyi, Avropa Şurası, UNESCO, Beynəlxalq Test Agentliyi və digər qurumların antidopinq sahəsində təşkil etdiyi mötəbər yarışlarda fəal iştirak ediblər.

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Fərdi
Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Azərbaycanın veteran şahmatçısı dünya çempionatına üç qələbə ilə başlayıb

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan şahmatçılarla görüşüb

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Fərdi
Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Azərbaycanda cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka dövriyyəyə buraxılıb

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Dünya çempionatı: Rafiq Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"