Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.

“Report”un Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.

O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Q.Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.

Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.

Qeyd edək ki, mütəxəssisin debütü 2006/2007 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Rəşad Sadıqovdan "Qarabağ"la bağlı paylaşım: "Qələbəyə ehtiyacımız var idi"

“Kəpəz”in futbolçusu Tərlan Əhmədov barədə: “Sən istəmirsənsə, biz səni çoxdan istəmirik”

"Kəpəz"in baş məşqçisi istefa şüarları altında müsahibə verib

"Yuventus" 9 ildən sonra pley-offa yüksələ bilməyib

AVRO-2024: Azərbaycan millisi 4-cü səbətdə yer alacaq

“Səbail” 4 əcnəbi futbolçusu ilə yollarını ayırıb

"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Çempionlar Liqası: Bu gün "Bavariya" - "Barselona" oyunu keçiriləcək

Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib