DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

DÇ-2022: Mərakeş millisi yarımfinalda, Portuqaliya mundialla vidalaşıb

Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Keddira 2-ci sarı vərəqə ilə meydandan qovulub.

Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.

20:03

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 1:0.

19:47

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, Afrika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.

19:43

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, 42-ci dəqiqədə fərqlənən Yussuf En-Nesiri Afrika təmsilçisini önə keçirib.


19:00

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

17:34

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Mərakeş və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Mərakeş: Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş, Yahia Attiyat Allah

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Futbol
Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Premyer Liqa: “Səbail” “Kəpəz”lə oyunda azlıqda qalıb

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

İqor Ponomaryovun Olimpiya çempionu kimi aldığı mükafat açıqlanıb

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Azərbaycanın U-21 yığması Moldova ilə heç-heçə edib

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Futbol
Azərbaycanlı mütəxəssis Moldova klubunun baş məşqçisi olub

Azərbaycanlı mütəxəssis Moldova klubunun baş məşqçisi olub

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Futbol
Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək