“Araz-Naxçıvan”ın futbolçusu: “Mövsümün ilk yarısını üst pillələrdə bitirmək istəyirik”

“Araz-Naxçıvan”ın futbolçusu: “Mövsümün ilk yarısını üst pillələrdə bitirmək istəyirik”

“Mövsümün ilk yarısını üst pillələrdə bitirmək istəyirik”.

“Report”un məlumatına görə, bunu “Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XVI turunda qolsuz bərabərə qaldıqları “Zirə” ilə qarşılaşmanı dəyərləndirib. O, onlar üçün ağır oyun alındığını söyləyib: “Son turlarda çətin matçlar keçiririk. “Zirə” də əbəs yerə liderlər qrupunda qərarlaşmayıb. Düzdür, onların üst pillələrdə yer almaları oyundan öncə bizdə hansısa narahatlıq yaratmamışdı. Çünki rəqibin kimliyindən asılı olmayaraq, meydana verilən tapşırıqları yerinə yetirmək üçün çıxırıq. Hədəfimiz isə, rəqibin kimliyindən asılı olmayaraq, 3 xal qazanmaqdır. Komandamız liqanın yeni üzvü olsa da, çıxışımızı bu şəkildə davam etdirsək, həm rəqiblərimizə hər zaman başağrı olacağıq, həm də xal ehtiyatımızı artıracağıq”.

Tural Bayramlı XVII turda “Sabah”la keçiriləcək qarşılaşmaya da toxunub. Yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini vurğulayıb: “Rəqibimiz son turlarda uğurlu nəticələr qazanır. Ümumiyyətlə, bu komanda mövsümün əvvəlindən medallara iddialı hesab olunur. Premyer Liqanın güclü klublarından biridir. Biz də bu görüşə yaxşı hazırlaşırıq. Hava yağışlı keçsə də, məşqlərimizi axsatmamağa çalışırıq. Gərgin və maraqlı oyun olacaq. Yaxşı nəticə qazanmaq üçün mübarizəmizi davam etdirəcəyik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu dekabrın 15-də “Dalğa Arena”da keçiriləcək. Bölgə təmsilçisi hazırda 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun üçün səyahət çox çətindir"

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Futbol
Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının iclası keçirilib

Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
Qara Qarayev: "Füzuliyə qayıdacam"

Qara Qarayev: "Füzuliyə qayıdacam"

Futbol
Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib

Futbol
"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

"Barselona" El-Klasikoya məşhur reperin loqosu olan forma ilə çıxacaq

Futbol
Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Futbol
Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb

"Olimpiakos"un yeni transferi "Qarabağ"ı güclü rəqib adlandırıb