Azərbaycan klubu çempionat tarixində 200-cü qələbəsini qazanıb

Azərbaycan klubu çempionat tarixində 200-cü qələbəsini qazanıb

“Şahdağ Qusar” Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb.

“QELEBE.AZ”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, II Liqanın XIII turunda “Göygöl”ü 4 cavabsız qolla məğlub edən Qusar təmsilçisi 200-cü qalibiyyətini əldə edib.

Bu, “Şahdağ Qusar”ın II Liqada 8-ci uğurudur. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümə qədər fasilələrlə mübarizə apardığı Premyer Liqada (əvvəl güclülər dəstəsi) 59, I Liqada (əvvəl I dəstə və I divizion) 133 dəfə qalib gəlib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbəni ümumilikdə 558-ci görüşündə əldə edib.

“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qalibiyyəti 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.

Futbol
Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Lionel Messinin atası Devid Bekhemin klubu ilə danışıq aparır

Futbol
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

Futbol
Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Neymar karyerasının ən məhsuldar qol seriyasına imza atıb

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Futbol
"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

"Neftçi" "İnter", "Yuventus" və "Atletiko" ilə eyni turnirdə mübarizə aparacaq

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
“Real” İspaniya Superkubokunun finalına yüksəlib

“Real” İspaniya Superkubokunun finalına yüksəlib

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq