"Araz-Naxçıvan"ın futbolçusu: "O, səhvinə görə hər kəsdən üzr istədi"

"Araz-Naxçıvan"ın futbolçusu: "O, səhvinə görə hər kəsdən üzr istədi"

"O, səhvinə görə hər kəsdən üzr istədi. Bilərəkdən edilən hərəkət deyildi".

"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Aksel Nqando komanda yoldaşı Numan Kurdiçin Premyer Liqanın XV turunda "Səbail"lə matçda (1:1) avtoqolla yadda qalmasına münasibət bildirərkən deyib.

30 yaşlı yarımmüdafiəçi Bosniya və Herseqovinadan olan oyunçunun böyük səhvə yol verdiyini söyləyib: "Lakin biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik. Futbol səhvlərlə doludur. Son saniyədə qol buraxmağımız bizi təəccübləndirdi. Halbuki daha çox qol vura və meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı çıxış etmişdik. Futbolda bu cür hal ilk dəfə deyil, bundan əvvəl də olub, sonra da olacaq. Heç kim heç nədən sığortalanmayıb. Növbəti oyuna köklənməliyik. “Zirə”yə qarşı da son matçdakı kimi oynasaq, qələbə qazana bilərik".

Fransalı oyunçu XVI turda "Zirə" ilə matça yüksək səviyyədə hazırlaşdıqlarını diqqətə çatdırıb: "Oyunun əhəmiyyətini başa düşürük. Məşqlərdə çalışırıq ki, məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə icra edək, özümüzü ən yaxşı tərəfdən göstərək. Bilirik ki, oyun asan olmayacaq. Rəqibimiz turnir cədvəlinin üst sıralarındadır. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Nqando rəqibin oyununu izlədiyini vurğulayıb: "Azərbaycana gələndən sonra ilk oyunum “Zirə”yə qarşı olub. Yaxşı komandadır, xüsusilə də müdafiədə etibarlı oynayırlar. İndiyə qədər cəmi 8 qol buraxıblar. Yenə deyirəm, bizim üçün vacib oyundur. Çünki son 4 matçda qələbə qazana bilməmişik. Hətta uduzduğumuz oyunlar daxil bütün matçlarda qol vurmaq üçün şanslarımız olub. “Zirə ilə görüşdə də belə imkan olacaq. Əsas məsələ həmin anda onu dəyərləndirməkdir. İnanıram ki, bacaracağıq. Oyuna tam köklənməliyik".

Qeyd edək ki, dekabrın 12-də reallaşacaq "Zirə" - "Araz-Naxçıvan" görüşü saat 17:00-da start götürəcək.

Futbol
Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Fransa Birinci Liqası: "Lion" "Nitsa" ilə heç-heçə edib

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Messi gələn yay "Barselona"ya qayıdacaq

Messi gələn yay "Barselona"ya qayıdacaq

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı qolu bəlli olub

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Malta yığmasının baş məşqçi postundan müvəqqəti kənarlaşdırılıb

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Futbol
"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

"Əl-Nəsr" daha bir məşhur futbolçu ilə maraqlanır

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Millətlər Liqası: "Dördlər finalı"nın püşkatma mərasiminin vaxtı açıqlanıb

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq